​NATO-dan Türkiyəyə rəsmi – XƏBƏRDARLIQ

NATO-nun Hərbi Komitetinin rəhbəri Petr Pavel Türkiyəyə Rusiyadan S-400 “Triumf” hava hücumundan müdafiə komplekslərini alacağı təqdirdə qarşılaşacağı problemlər barədə xəbərdarlı edib.
Muxalifet.az-ın xəbərinə görə, onun sözlərini Defense New saytı sitat gətirir.
P. Pavel bildirib ki, Rusiyadan S-400 “Triumf” sistemlərinin tədarükü rəsmi Ankaranın alyansın ümumi hava müdafiə sisteminə inteqrasiyasına mane olacaq.
“Suverenlik prinsipi müdafiə silahlarının alınmasına sözsüz ki təsir edir. Lakin Türkiyə bu addımın yaradacağı suveren riskə görə də cavab verməlidir”, - P. Pavel öz mövqeyini dəqiqləşdirib.
O, həmçinin əlavə edib ki, rəsmi Ankara hələ Moskva ilə razılaşmanı imzalamayıb:
“Hələ vaxtımız var. NATO çərçivəsində bu sazişin məqsədəuyğunluğu barədə müzakirə aparılmalıdır”. 
General qeyd edib ki, S-400 sistemləri NATO müttəfiqləri üçün problem yarada bilər.