​“Fırat qalxanı” bölgəsi üçün kritik qərar: KÖÇÜRÜLDÜLƏR

Suriya Müvəqqəti Hökuməti “Fırat qalxanı” hərəkatının aparıldığı bölgə ilə bağlı kritik qərar verib.
Hökumət Suriya Müxalif və İnqilabçı Milli Qüvvələr Koalisiyası və Azad Suriya Ordusuna aid olan 37 birlik nümayəndələrinin İŞİD terror təşkilatından təmizlənən bölgədə birlikdə yaşamaq və hərəkət etmək qərarını təsdiq edib.
Sözügedən birliklər hökumət nümayəndələri ilə Kilisdə keçirilən toplantıda bir araya gəlib. Toplantıda “Fırat qalxanı” hərəkatı bölgəsində yenidənqurma işləri üçün ortaq qərarlar verilib. Üçlü qurum bölgədə əldə edilən sakitlik və təhlükəsizliyin başda İdlib olmaqla, bütün ölkədə təsis edilməsinə dəstək verəcək.
Həmçinin, bölgədəki idarəçilər birləşəcək və mərkəzi hökumətə veriləcək. Bölgədən əldə edilən gəlir vahid xəzinədə toplanacaq. Gəlirlər müvəqqəti hökumət, yerli polislər və qruplar arasında paylanacaq.