Siyəzən məhbuslarının işgəncə iddiası araşdırılmadı

Qəniyev Nizaminin, Şəkərov Zaurun və Bəgişov Coşqunun Siyəzən rayon polis idarəsində işgəncə, qeyri insani və insan ləyaqətini alçaldan rəftara məruz qalmaları ilə bağlı şikayətləri üzrə baş prokurorun 1-ci müavini Rüstəm Usubov 31 avqust 2017- ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edib.
 
Siyəzən məhbuslarına işgəncə edilməsi faktına dair cinayət işinin başlanması barədə vəkilin qaldırdığı vəsatət ləğv edilib. Bu barədə məhbusların vəkili Elçin Sadıqov məlumat yayıb.
Elçin Sadıqov bildirir ki, bu gün Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxalanılan Siyəzən məhbusları Qəniyev Nizami Məhərrəm oğlu ilə, Şəkərov Zaur İlham oğlu ilə, Bəgişov Coşqun Müslüm oğlu ilə görüşüb. Vəkil Qəniyev Nizaminin səhhətindən cidd problemlər olduğunu deyir.
Vəkil bildirir ki, “Qəniyev Nizaminin, Şəkərov Zaurun və Bəgişov Coşqunun Siyəzən rayon polis idarəsində işgəncə, qeyri insani və insan ləyaqətini alçaldan rəftara məruz qalmaları ilə bağlı şikayətləri üzrə baş prokurorun 1-ci müavini Rüstəm Usubov 31 avqust 2017- ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edib. Qərarda Rüstəm Usubovun adı yazılsa da qərar “Əsgərov” soyadlı şəxs tərəfindğn imzalanıb.”
Elçin Sadıqov qərarla razı olmadıqlarını deyib.
“Qərarla razı deyilik, qərar həmişəki kimi işgəncənin, qeyri-insani rəftarın gizlədilməsindən xidmət edir və qərardan Səbail rayon məhkəməsinə şikayət edəcəyik.” – Elçin Sadıqov əlavə edib.