İsrail “Kürdüstan” üçün HƏRƏKƏTƏ KEÇDİ

İsrailin baş naziri Benyamin Netanyahu “Kürdüstan” üçün dünya liderləri nəzdində lobbi fəaliyyətinə başladı.
 
Netanyahu İraq ordusunun Kürd regionlarına yönəlik hücumları qarşısında Kürdlərə dəstək tapmaq üçün dünya liderləri nəzdində lobbi çalışmalarına başlayıb.
Bu məqsədlə Netanyahu Almaniya baş naziri Angela Merkel və Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
 Xəbərə görə, İsrail Beynəlxalq Təhlükəsizlik Müşaviri önümüzdəki həftə ABŞ rəhbərliyi ilə görüşəcək.
Həmçinin İsrail Kəşfiyyat Naziri Yisrael Katz cümə günü Təl-əviv radiosuna verdiyi açıqlamada, Kürdlərə qarşı hücumlara son qoyulması üçün çalışdıqlarını, "Kürdlərin Qərbi dəstəklədiyini və buna layiq olduğunu" deyib.
 Katz, Netanyahunun ABŞ, Rusiya, Fransa və Almaniya rəhbərliyi ilə təmaslara keçdiyini də deyib.
Müxalifət.az