Axtarış

The search found 105785 results in 0.028 seconds.

Search results

  1. ​Deputatlar bu gün toplanır

    Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək.
    İclasın gündəliyinə ümumilikdə 20 məsələ daxil edilib. Bunlar Mülki Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar, Cinayət, Miqrasiya, Ticarət Gəmiçiliyi məccəllələrinə edilən ddəyişikliklər, həmçinin "Banklar haqqında", "Poçt haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Mədəniyyət haqqında" qanunlara nəzərddə tutulan əlavə və dəyişikliklərdir.  

    Muxalifet2 - 20-10-2017

  2. Orta yaşlı qadını avtomobil vurdu - ABŞERONDA

    Şakirova Xasan xəstəxanaya yerləşdirilib
    Abşeronda orta yaşlı qadını avtomobil vurub.
    Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Abşeron rayonunda baş verib.
    Belə ki, yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Şakirova Xasan Sərdar qızını minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
    Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır 

    Muxalifet2 - 20-10-2017

  3. ​Düşmən mövqelərimizi 143 DƏFƏ ATƏŞƏ TUTUB

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 143 dəfə pozub.

    Muxalifet2 - 20-10-2017

  4. ​Sumqayıtda EV YANDI

    Sumqayıt şəhərində ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
    Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
     

    Muxalifet2 - 20-10-2017

  5. ​"İslam dünyası ABŞ-a qarşı birləşməlidir" - İRAN

    İslam dünyası Yaxın Şərqdəki problemlərin həllində həmrəy olmalıdır.
    Bunu jurnalistlərə açıqlamasında İranın birinci vitse-prezidenti İshaq Cahangiri söyləyib.
    “İslam dünyası kifayət qədər ciddi problemlərlə üz-üzə qalıb. Ona görə də böyük müsəlman ölkələri məcburən birləşməlidir ki, effektiv həll yolu tapa bilsinlər. Yalnız birləşməklə ABŞ və İsrailin Yaxın Şərqdə böhran cəhdlərinə qarşı dayanmaq olar”, - o bildirib. 

    Muxalifet2 - 20-10-2017

  6. Universitetə silahlı hücum: 2 TƏLƏBƏ ÖLDÜ

    ABŞ-ın Kolorado ştatındakı eyniadlı universitetin kampusunda silahlı hücum qeydə alınıb.
    Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
    Ölənlərin tələbə olduğu bildirilir.
    Hücumu təşkil edən şəxs ölüb. Onun hansı şəraitdə həlak olduğu barədə məlumat verilmir. 

    Muxalifet2 - 20-10-2017

  7. ABŞ şirkətindən İraq Kürd Muxtariyyəti ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

    ABŞ-a aid olan “Çevron” neft şirkəti İraq Kürd Muxtariyyəti ərazisindəki fəaliyyətini dayandırıb.
    Bir neçə gün ərzində bütün işçilər təxliyə edilərək vətənlərinə göndəriləcək. Şirkətin təmsilçisi yalnız şərtlər icazə verdiyi zaman təkrar istehsala başlayacaqlarını bildirib.
    Qeyd edək ki, “Çevron” şirkəti 2012-ci ildə İraqın mərkəzi hökumətindən icazə alamadan İraq Kürd Muxtariyyəti ərazisində işləməyə başlayıb. Lakin şirkət hələ də neft ixracatını həyata keçirməyib. 

    Muxalifet2 - 20-10-2017

  8. TÜRK QALXANI BÖYÜYÜR - Sensasion gəlişmə!

    Suriyadakı terror dəhlizinin qarşısını kəsmək və təhdidləri dəf etmək üçün “Fərat Qalxanı” əməliyyatını başladan Türkiyə, İdlibə müdaxilə etməklə, təhlükəsizlik çevrəsini genişləndirir.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azez, Cerablus və Əl Babı təmizləyən TSK, buna son olaraq İdlibi əlavə edib. İndi növbədə Afrin və Münbiç üçün günlər sayılır.

    Muxalifet - 20-10-2017

  9. 2 otaqlı evdə yanğın oldu - ​BAKIDA

    Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzildə yanğın olub.
    Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzilin eyvanında qaz xətti 0,5 p.m və eyvanın lambirdən ibarət üzlüyü 1 kv.m sahədə yanıb.
    Mənzil yanğından mühafizə olunub. Yanğın söndürülüb. 

    Muxalifet2 - 20-10-2017

  10. İspan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı - FOTO

    İspaniyanın məşhur idman nəşri Mundo Deportivo kobud səhv buraxıb. 
    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, ispan KİV-i "Atletiko"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" adlandırıb. 

    Muxalifet2 - 20-10-2017

  11. ​Bu ölkə 12 ildən sonra dövlət büdcəsini təsdiq etdi

    Livan parlamenti 2005-ci ildən bu yana ilk dəfə dövlət büdcəsini təsdiq edib.
    Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Parlamentdə aparılan üç günlük müzakirədən sonra 61 deputat büdcə layihəsinin lehinə səs verib.
    Qeyd edək ki, Livanda 12 ildir büdcə təsdiq edilmir.
    Bundan öncə ölkədə prezident seçkisi zamanı analoji situasiya yaşanmışdı. Belə ki, parlament iki il ərzində prezidenti seçə bilməmişdi. 2 illik mübarizədən sonra tərəflər xristian Mişel Aunun prezident olmasına qərar vermişdilər. 

    Muxalifet2 - 20-10-2017

  12. Gürcüstanda azərbaycanlı namizəd və daha dörd nəfərin güllələnməsi ilə bağlı RƏSMİ MƏLUMAT

    Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən üç nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb.

    Muxalifet2 - 20-10-2017

  13. ​Gürcüstan parlamentli respublika olur: Prezident təslim oldu

    Gürcüstan Prezidenti Georgi Marqvelaşvili yeni Gürcüstan konstitusiyasını təsdiq edib.
    Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili söyləyib.
     “Təəssüf ki, parlament birpartiyalı kontitusiyanı qəbul etdi. Mənə bu kontitusiyanı təsdiq etmək çox çətindir. Lakin daxili və xarici çağırışları nəzərə alaraq, ölkədə mümkün olan destabilizasiyadan qaçmaq üçün mən Ali Baş Komandan və konstitusiyanın zəmanətçisi kimi bunu imzalamaq məcburiyyətindəyəm”, - o bildirib.

    Muxalifet2 - 20-10-2017

  14. ​Şabranda quş ovlayan ərəb SAXLANILDI

    Şabran rayonu ərazisində, “Ağzıbir” ovçuluq təsərrüfatının Xəzər dənizi sahil zolağında qanunsuz ov edən Cəlilabad rayon sakini Aqil Abdullayev, Şabran şəhər sakini Sadiq Həmzəyev və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Sulaiman Mohammad Hassan Fakher saxlanılıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, onlardan şahin quşunun tutulması üçün istifadə edilən ilgək, tor, gözlük kimi qadağan olunmuş ov alətləri və 10 göyərçin quşu aşkar edilərək götürülüb.

    Muxalifet2 - 20-10-2017

  15. ​AB qərar verdi: TÜRKİYƏYƏ PİS XƏBƏR

    Türkiyə 2020-ci ilə qədər Avropa Birliyinin üzvlüyünə qəbul olması üçün ayrılması nəzərdə tutulan 4,45 milyard avronu Brüsseldən ala bilməyəcək.
    Bu barədə qərar Avropa Birliyi ölkələri liderlərinin Brüsseldəki sammitində qəbul edilib. Qərarın qəbulunda əsas aktiv rolu Almaniya oynayıb.
    Qeyd edək ki, son vaxtlar Almaniya ilə Türkiyə arasındakı münasibətlər pisləşib. Bu da Ankaranın avtomatik olaraq Avstriya, Belçika kimi ölkələrlə münasibətlərinin kəskinləşməsinə səbəb olub. 

    Muxalifet2 - 20-10-2017

  16. Gürcüstandan ölkəyə qanunsuz gətirilən telefonlar MÜSADİRƏ OLUNDU

    Avtomobildə gizlədilən mobil telefonlar gömrükdə aşkar edilib.
    Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
    Yoxlama zamanı avtomobilin yük bölməsində, xüsusi düzəldilmiş gizli saxlanc yerində 10 ədəd "Samsung Galaxy J3 Pro" markalı mobil telefon və aksesuarları aşkar edilib.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet2 - 20-10-2017

  17. ​Bakıda "Prado" ağır qəza törətdi - QADIN ÖLDÜ

    Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
    Lent.az xəbər verir ki, Qaradağ rayonu ərazisində, Bakı-ələt yolunun 38-ci kilometrliyində Əzizov Sərdar Qacar oğlunun idarə etdiyi "Toyota Prado" markalı, 90 LV 790 dövlət nömrə nişanlı avtomobil yolu keçməyə çalışan Mamedova Narın Oruc qızını vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

    Muxalifet2 - 20-10-2017

  18. ​Şəmsəddin Hacıyev prokurorluğa çağırıldı

    Azərbaycan Dövlət İqtisad Universitetinin(ADİU) sabiq rektoru, YAP-çı deputat Şəmsəddin Hacıyev rəhbərlik etdiyi dövrdə baş verən yeyintilərlə bağlı  istintaqa çağırılıb.
    “Yeni Müsavat” xəbər verir ki, Ş.Hacıyev bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub. Bu dəvətin qeyri-rəsmi olduğu deyilir. Məlumdur ki, sabiq rektor deputatdır və toxunulmazlıq statusu var. Sabiq rektorun söhbət əsnasında nə dediyi barədə  dəqiq bilgi yoxdur.

    Muxalifet2 - 20-10-2017

  19. Balların hesablanması QAYDASI DƏYİŞƏCƏK - DİM

    Dövlət qulluğuna qəbul üçün ilk müsabiqə noyabr ayında keçiriləcək.
    Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.
    B.Xəlilov bildirib ki, imtahanlardan uğurla keçən namizədlərə sertifikat veriləcək. Həmin namizədlər bu sertifikatlara uyğun olaraq vakant dövlət qulluğu müsahibələrində iştirak edə biləcəklər.
    Direktorlar Şurasının sədr müavini qeyd edib ki, imtahanlarda açıq tipli test suallarından da istifadə ediləcək. Bununla yanaşı, balların hesablanması qaydası dəyişəcək.

    Muxalifet2 - 20-10-2017

  20. "Bu, Rusiyanın ən mühüm silahıdır" – HEYLİ

    Başqa ölkələrin daxili işlərinə müdaxilə Rusiyanın önəm verdiyi silahdır.
    Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli söyləyib.

    Muxalifet2 - 20-10-2017

Pages