Əlimizdən gələni edəcəyik ki... - MERKEL

Avropa İttifaqı Tehranla nüvə proqramı ilə bağlı razılaşmanın həyata keçirilməsinə sadiqdir.
Bu sözləri Almaniya Kansleri Angela Merkel deyib.
“Biz ABŞ konqresi ilə danışıqları davam etdirmək istəyirik. Razılaşmanı saxlamaq üçün əlimizdən gələni edəcəyik”, - kansler bildirib. 
Merkel həmçinin İranın Yaxın Şərqdəki siyasətini kontrproduktiv adlandıraraq, Tehranın Yəməndəki vəziyyətə müdaxiləsini tənqid edib.