Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Buddistlərlə bağlı bir-birimizi aldatmayaq - Ərdoğan
Buddistlərlə bağlı bir-birimizi aldatmamalıyıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Vorld Forum”da çıxışı zamanı deyib.
“2011-ci ildə ilk dəfə Somaliyə getdik. İndi isə 2011-ci ildəki Somali yoxdur. Xeyli dəyişib. Somalidə səfirliyimiz var. Bundan əlavə, 400 hektarlıq ərazidə hərbi baza yaratdıq. 600 minə yaxın insan buddistlər tərəfindən öldürülür. Təhdid nəticəsində insanlar torpaqlarını tərk edir. Hər inancın terrorçusu olur. Bunlar “yoqa edir”, “mülayimdirlər” kimi sözlərlə bir-birimizi aldatmayaq”, - Ərdoğan bildirib.Muxalifet2 - 19-10-2017
Bu müqavilə İlham Əliyevin... - Professor
Bu gün Azərbaycan Milli Onkologiya Mərkəzi üçün əlamətdar gündür. Şüa terapiyası zamanı xəstələrin immobilizasiyasını və yerləşdirilməsini təmin edən sistem və avadanlıqların dünyada tanınmış təchizatçısı olan Belçikanın “Orfit Industries” şirkəti ilə uzunmüddətli (5 illik) əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən Milli Onkologiya Mərkəzi referens-mərkəz statusu alıb.
Muxalifet2 - 19-10-2017
ABŞ zəif Rusiya istəyir - Şröder
ABŞ zəif Rusiya istəyir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniyanın keçmiş kansleri Herhard Şröder deyib.
“ABŞ Rusiyanı təcrid edəcəyinə inanır. Bu, siyasi yöndən baxıldığına anlamsızdır. İqtisadi aspektdən baxıldığında isə təhlükəlidir. Avropa, o cümlədən Almaniya isə Rusiyanın inkişafından yanadır. Sanksiyaları dayandırmaq üçün çalışmalıyıq”, - Şröder bildirib.
Muxalifet2 - 19-10-2017
Lavrov Suriya ilə bağlı müjdəni verdi: Yaxın zamanda...
Suriyada İŞİD-ə qarşı aparılan əməliyyatlar yaxın zamanda tamamlanacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura ilə görüşündə deyib.
“Suriyada terrorizm üzərində qələbə yekun mərhələyə yaxınlaşdı. Güman edirəm İŞİD və Nüsrə Cəbhəsinin yaxın zamanda sonu çatacaq”, - XİN rəhbəri bildirib.
Muxalifet2 - 19-10-2017
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir.
Azərbaycan Cüdo Federasiyasından Muxalifet.az-a verilən məlumata görə, mötəbər yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.Muxalifet2 - 19-10-2017
Gələn ildən elektron imza pulsuz olacaq
2018-ci ildən elektron imza Azərbaycan vətəndaşları üçün pulsuz olacaq.
Bunu trend-ə layihəyə yaxın mənbə bildirib.
Məlumatda qeyd olunur ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi gələn ilin yanvarından başlayacaq.Muxalifet2 - 19-10-2017
Sahibsiz bağlardan yığılan zeytun hara gedir?
Bakıda və Abşeron yarımadasında yol kənarlarında olan sahibsiz zeytun bağlarından fərdi şəxslər tərəfindən yığılan zeytun "Azərsun" Holdinqin qəbul məntəqələrinə təhvil verilir.
Bu barədə Muxalifet.az-a açıqlamasında "Azərsun" Holdinqin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afiq Səfərov məlumat verib.Muxalifet2 - 19-10-2017
ABŞ-ın arqumenti alt-üst oldu - Politoloq
Amerikanın istinad etdiyi PYD və YPG PKK liderinə sitayiş etdiyini gizlətmir.
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, İraq ordusu İranın dəstəyi ilə Kərkükü kürd silahlarından azad etdi, Məsud Bərzaninin bayrağı endirildi, şəhərdə İraqın bayrağı dalğalandı:Muxalifet2 - 19-10-2017
"Qərb bundan dərs götürməyi bacardı" - PUTİN
Qərb 1917-ci ildəki Rusiya inqilabından dərs götürməyi bacardı.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.
“Bu, sadəcə Soyuq müharibə dövründə qazanılan zəfərlərdən ibarət deyildi. SSRİ-yə meydan oxunması nəticəsində Qərb bir çox geopolitik qələbələr qazandı. Yaşayış səviyyəsinin yüksəlməsi, orta sinfin meydana çıxması, əmək bazarında və sosial sahələrdə həyata keçirilən islahatlar və insan hüquqlarının qorunması bunlardan bəziləridir”, - deyə Putin bildirib.
Muxalifet2 - 19-10-2017
AFFA millilərimizin baş məşqçilərini qovdu
AFFA milli komandalarımızın baş məşqçiləri ilə bağlı yeni qərar qəbul edib.
Muxalifet.az-ın məlumatına görə, assosiasiya rəhbərliyi U-17 millimizin baş məşqçisi Mirbağır İsayevlə U-19-un çalışdırıcısı Təbriz Həsənovu tutduqları postlardan uzaqlaşdırıb.
Buna isə yığmaların hər iki baş məşqçinin rəhbərliyi altında uğursuz çıxışı səbəb olub.
Əldə etdiyimiz məlumata görə, U-21 millimizin baş məşqçisi Samir Ələkbərovu da eyni aqibət gözləyir.Muxalifet2 - 19-10-2017
Aralıq dənizində zəlzələ
Aralıq dənizində zəlzələ olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.
Yeraltı təkanlar 4 bal gücündə və Krit adası yaxınlığında yerli vaxtla saat 20:09-da qeydə alınıb.
Zəlzələ ocağının 14,7 kilometr dərinlikdə yerləşdiyi bildirilib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Muxalifet2 - 19-10-2017
Putin özünün maaşını azaltdı
Rusiya Prezidenti Vladimir Putin dövlət və hökumət rəsmilərinin əmək haqlarının 10 faiz azaldılması barədə fərmanın müddətini uzadıb.
Muxalifet.az-ın xəbərinə görə, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında yerləşdirilib.
Fərmana əsasən, rəsmilərinin əmək haqlarının 10 faiz azaldılması 2018-ci il dekabrın 31-dək uzadılıb.
İxtisara ölkə prezidenti, baş nazir və digər yüksək vəzifəli məmurların əmək haqları düşüb.
Qeyd edək ki, fərman ilk dəfə 2015-ci ildə qəbul edilib. Həmin vaxtdan fərmanın müddəti hər il artırılıb.Muxalifet2 - 19-10-2017
AZAL Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü olub
Azərbaycanda ilk dəfə olaraq özəl və dövlət sektoru turizm sektorunun inkişafı üçün tərəfdaşlıq qurub. Belə ki, Azərbaycanın mülki hava daşıyıcısı bu gün АzTA İdarə Heyətinin üzvü olub.
Muxalifet.az-ın məlumatına görə, sazişi “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, AZAL sərnisindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev və AzTA-nın sədri Nahid Bağırov imzalayıblar.
Assosiasiyanın tərkibinə aviaşirkətin daxil olması ilk dəfədir - indiyə kimi Azərbaycan Turizm Assosiasiyasının üzvləri sırasına turizm şirkətləri və hotellər daxil olub.Muxalifet2 - 19-10-2017
Keçmiş prezident evindən çıxa bilmir - MÜƏMMA
Ötən gün – oktyabrın 18-də İranın təhlükəsizlik qüvvələri ölkənin keçmiş prezidenti Məhəmməd Hatəminin öz evindən çıxmasına imkan verməyiblər.
“Yaşıl hərəkat”a bağlı “Kalameh” saytının yazdığına görə, təhlükəsizlik qüvvələri Hatəmiyə deyiblər ki, onlara keçmiş prezidentin qatılmalı olduğu mərasimə getməsini əngəlləmək tapşırığı verilib.Muxalifet3 - 20-10-2017
Azərbaycanlı hakim erməni futbolçunu cəzalandırdı
Oktyabrın 19-da Avroliqanın 3-cü turu çərçivəsində keçirilən “Vardar” – “Real Sosyedad” matçını azərbaycanlı hakim Əliyar Ağayev idarə edib.
“Qafqazinfo” xəbər verir ki, görüş ev sahibinin 0:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Ə.Ağayev matçda cəmi 1 dəfə sarı kart göstərib. Həmin rəsmi xəbərdarlıq isə “Vardar”ın erməni futbolçusu Hambardzumyana edilib.Muxalifet3 - 20-10-2017
Gürcüstanda azərbaycanlı deputatlığa namizəd güllələndi - İKİ DOSTU VƏ QAYINATASI İLƏ BİRLİKDƏ
Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.
Yaralanan şəxs “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə namizədliyi majoritar qaydada irəli sürülən Ceyhun Çovdarovdur.
Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.Muxalifet3 - 20-10-2017
Bakıda dostu gənc qızı kürəyindən bıçaqladı
Bakıda gənc qız kürəyindən bıçaqlanıb.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda baş verib.
Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı naməlum şəraitdə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Yaralı tibbi əməliyyatdan sonra yıxılaraq xəsarət aldığını bildirib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları F.İbrahimovadan ilkin izahatı alarkən məlum olub ki, o, oğlan dostu ilə mübahisə zamanı bıçaqlanıb.
Fakt araşdırılır.Muxalifet2 - 20-10-2017
İsrail ordusu mərmiyə cavab olaraq SURİYA ƏRAZİSİNƏ ZƏRBƏ ENDİRDİ
İsrail qoşunları Suriya ərazisindən buraxılan mərmiyə cavab olaraq atəş açılan əraziyə zərbə endirib.
RİA Novosti-nin verdiyi məlumata görə, bu haqda İsrail ordusun mətbuat xidməti xəbər verib.
Yerli KİV-in məlumatına görə, cavab zərbəsinin hədəfi Suriya hökumət qoşunlarının mövqeyi olub.Muxalifet2 - 20-10-2017
46 yaşlı kişi yüksək dozada narkotik maddə qəbul edərək öldü - BAKIDA
Bakıda 46 yaşlı kişi yüksək dozada narkotik maddə qəbul etməsi səbəbindən ölüb.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Maştağa qəsəbəsində 1971-ci il təvəllüdlü Eldəniz Həsənov yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 20-10-2017
Gənc oğlana restoranın qarşısında qonşusu 4 BIÇAQ ZƏRBƏSİ VURDU
Bakıda gənc oğlana restoranın qarşısında qonşusu 4 bıçaq zərbəsi vurub.
Hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, Bakı-Salyan şossesində yerləşən "Qurman" restoranında əlbəyaxa dava olub. Dava zamanı 1992-ci il təvəllüdlü Mirzəyev Elvin Hacı oğlu qonşuluğunda yaşayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, zərərçəkənin bədən və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq xəsarəti yetirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet2 - 20-10-2017