Axtarış
The search found 105785 results in 0.078 seconds.
Search results
Sobçak prezident seçilərsə, Krımı qaytaracaq?
Rusiya prezidentliyinə namizədliyini irəli sürən Kseniya Sobçak Krımla bağlı mövqeyini açıqlayıb.
Sobçak Krımın işğalına qarşı olmadığını bildirib.
“Mən sərt ideologiya çərçivəsini dəstəkləmirəm. Mən hansısa partiyanın üzvü deyiləm, mən hətta “Krım bizimdir” ideyasının tərəfdarı və əleyhdarı deyiləm.
Rusiyanın gərək əsl siyasəti, hakimiyyəti olsun. İnsanların azad seçim imkanı olmalıdır ki, onlar necə yaşaşyacaqlarını, qonşuları ilə birgə Krımın kimə aid olmasını müəyyən edə bilsinlər”, – deyə o bildirib.Muxalifet2 - 19-10-2017
AP: Kataloniyanı heç kim tanımayacaq
Avropa dövlətləri Kataloniyanın müstəqilliyini dəstəkləməyəcəklər.
Bunu “Kope” radiosuna müsahibəsində Avropa Parlamentinin sədri Antonio Tayani söyləyib.
“Kataloniya böhranı İspaniyanın daxili işidir. Avropa dialoq tərəfdarıdır. Yaxşı olardı ki, Kataloniya müstəqilliyini elan etməsin. Avropada heç kim bu müstəqilliyi tanımayacaq”, – deyə o bildirib.Muxalifet2 - 19-10-2017
Fitva: Qadınların ərlərinin telefonuna baxması haramdır
Misirin "Darül-Fitva" tədris mərkəzinin müftisi şeyx Amru Vardani qadının öz həyat yoldaşının telefonuna icazəsiz baxmasının haram olduğunu bildirib.
Tanınmış müfti bildirib ki, qadının öz ərinin telefonunu "təftiş etməsi" haramdır və qəbuledilməz addımdır.
A.Vardani qeyd edib ki, bu addım bir çox ailələrin dağılmasına səbəb olduğu üçün müvafiq fitvanı verib.
Müftinin bu bəyanatı Misirdə qadınlar tərəfindən etirazla, kişilər tərəfindən isə alqışla qarşılanıb.Muxalifet2 - 19-10-2017
Lənkəranda EV YANDI
Lənkəranda yaşayış evində yanğın olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə ,hadisə rayonun Göyşaban kəndində qeydə alınıb. Kənd sakini İltimas Əsgərova məxsus iki mərtəbəli yaşayış evində anidən yanğın baş verib. Dərhal hadisə yerinə FHN-in Lənkəran Yanğından mühafizə hissəsinin iki yanğınsöndürən avtomaşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib. Ümumi sahəsi 200 m2 dan artıq olan evin 40 m2 yanıb, qalan hissə yanğından mühafizə edilib. Yanğının baş vermə səbəbləri məlum deyil.
Fakt araşdırılırMuxalifet2 - 19-10-2017
Müsavat Partiyası oktyabrın 21-də yürüş keçirməyəcəyini bəyan etdi
Müsavat Partiyası 21 oktyabr yürüşü ilə bağlı qərarını açıqlayıb.
Partiyadan APA-ya verilən məlumata görə, qərarda yürüşün keçirilməyəcəyi, sərbəst toplaşmaq azadlığı uğrunda mübarizənin bundan sonra da hüquqi və siyasi müstəvidə davam etdiriləcəyini bəyan edilib.
Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-nə yürüş təyin etmiş, aksiyanın keçirilməsinə razılıq verilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət ünvanlayıb.
Meriya isə yürüşün keçirilməsinə razılıq verməyərək, Müsavat Partiyasına həmin tarixdə keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi təklif edib.Muxalifet2 - 19-10-2017
Qədim Misir sivilizasiyasının məhvolma səbəbi
Qədim Misirin məhv edilməsinin sirri ortaya çıxıb.
Kult.az xəbər verir ki, alimlərin apardığı araşdırmadan sonra Misir sivilizasiyasının məhvinə vulkan püskürməsinin səbəb olduğu bildirilib. Vulkan püskürməsi sonradan qlobal iqlim dəyişikliyinə gətirib çıxarıb ki, bu da Misir üçün böyük problemlər yaradıb:Muxalifet2 - 19-10-2017
Kərkükün azad edilməsində türk kəşfiyyatının İZİ: “Hakan Fidan...”
Bir güllə belə atmadan Kərkük, Mosul və Sincardan qaçan Məsud Bərzani rejimi məğlubiyyətə uğramalarının əsas səbəbkarının Türkiyə olduğunu bildirib.
Şimali İraq Kürd Muxtariyyətinin sözçüsü Sadi Ahmed Pire Kərkük əməliyyatının Türkiyə Milli İstihbarat Təşkilatı tərəfindən həyata keçirildiyi iddiası ilə çıxış edib.
“Kərkük əməliyyatında Türkiyənin adından Hakan Fidan (MİT şefi) daxil oldu. Hakan Fidanın özü olmasa da, onun təyin etdiyi şəxs bu əməliyyatı idarə edirdi”, - deyə iddiada bildirilir.Muxalifet2 - 19-10-2017
Ukraynada deputatlar işə parik, taxma bığla gedirlər - MİTİNQƏ GÖRƏ
Ali Rada qarşısında davam edən etiraz aksiyalarından sonra deputatlar işə parik, taxma bığlarla gedirlər.
Bu barədə Ukraynanın Vesti saytı yazır. Bundan başqa, deputatlar etirazçıların əlinə keçməmək üçün yeraltı tunellərdən istifadə edirlər. Etirazçıların əlinə keçən deputatlar –Aleksey Qonçarenko, Oleq Barna və Yuliy Mamçurun xəsarət aldığı bildirilir.Muxalifet2 - 19-10-2017
Nazir müavini nazirlə quda oldu
Azərbaycanda daha iki məmur qohum olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədovun oğlu İdrak Məmmədov, Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədovun qızı ilə ailə həyatı qurub.
Toy Bakıda şadlıq saraylarının birində baş tutub.
Muxalifet2 - 19-10-2017
İTV-də maliyyə pozuntuları aşkarlandı - RƏSMİ
İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2015-2016-cı illərdə dövlət büdcəsindən ayrılmış subsidiyanın proqnozlaşdırılmayan istiqamətlərdə xərcləndiyi üzə çıxıb.
Publika.az xəbər verir ki, bu, Hesablama Palatasının Hesablama Palatasının "Dövlət auditi" bülleteninin ikinci nömrəsində dərc olunmuş İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinin auditi üzrə hesabatın xülasəsində əksini tapıb.Muxalifet2 - 19-10-2017
"Vətəndaşları hüquqi müdafiəsiz qoymaq istəyirlər" – HÜQUQŞÜNASLAR
Bir qrup hüquqşünas qanunvericiliyə vətəndaşların hüquqlarının müdafiəsində təmsilçilik institutu ilə bağlı nəzərdə tutulan dəyişikliklərə həsr olunmuş mətbuat konfransı keçirib.
Oktyabrın 20-də Milli Məclisin müzakirəsinə çıxarılacaq bu dəyişikliklər Mülki-Prosessual, İnzibati-Prosessual Məcəllələrə, həmçinin Vəkillər və Vəkillik Fəaliyyəti haqqında qanuna şamil ediləcək.
Qanunvericilik təşəbbüsü Ali Məhkəməyə aiddir.Muxalifet - 19-10-2017
AXCP fəalı saxlanılıb - HARA APARILDIĞI BƏLLİ DEYİL
"Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) gənc fəal Rəcəb Hüseynovun saxlandığını bildirib. Ancaq onun saxlandığı yer məlum deyil".
Bu haqda partiyanın mətbuat xidməti bildirib.
R.Hüseynov AXCP Saatlı rayon şöbəsinin Gənclər Komitəsinin üzvüdür. Oktyabrın 18-də Biləsuvar rayonunda saxlanılıb. Oradan Bakıya gətirilib.
AXCP hesab edir ki, fəal oktyabrın 7-də Bakıda Milli Qüvvələrin Demokratik Şurasının keçirdiyi mitinqdə iştiraka görə saxlanılıb.
Biləsuvar polisində gəncin saxlanması ilə bağlı şərh verməkdən imtina ediblər.
Muxalifet - 19-10-2017
Reportyor Facebook-dakı yazısına görə polisə çağırılıb
"Futbol+" qəzetinin reportyoru Şəfi Şəfiyev oktyabrın 19-da Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) çağırılıb.
Bu haqda Ş.Şəfiyev özü bildirib.
Onun sözlərinə görə, idarədə söhbət olana kimi çağırılmasının səbəbi ona dəqiq məlum olmayıb: "Təxmin edirdim, amma əmin deyildim ki, buna görə idarəyə çağırarlar. Söhbət 2003-cü il oktyabrın 15-16-da baş vermiş hadisələrlə bağlı foto-videoların sosial şəbəkədə paylaşılmasından gedir. İdarəyə çağırışla bağlı jurnaist dostlarıma bildirdim, habelə, vəkilə xəbər verdim".Muxalifet - 19-10-2017
Nazir: “Qarabağ” UEFA-ya şikayət edəcək”
Sözsüz ki, “Qarabağ” bizə çox gözəl anlar bəxş etdi. Dostlar, həmkarlar arasında oyunla bağlı müəyyən proqnozlar səsləndirilmişdi. Lakin bu cür hesabı heç kim gözləmirdi. “Qarabağ”ın futbolçularının peşəkarlıq və oyun səviyyələrinin get-gedə necə artdığını görürük. Onların timsalında tam ayrı, Avropa səviyyəli komandanın oyununu gördük. Bunlar bizi sevindirir".
Muxalifet3 - 19-10-2017
Azərbaycan prezidenti Türkiyəyə gedib
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula səfər edib.
İstanbulun Atatürk Beynəlxalq Hava Limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.
Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.
Azərbaycan prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.
Muxalifet - 19-10-2017
Rəşad Sadıqov Çempionlar Liqasının simvolik “11-liyində”!
ESPN telekanalının rəsmi saytı UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun simvolik “ilk 11-i”ni açıqlayıb.
Virtualaz.org xəbər verir ki, ilk dəfə olaraq bu siyahıya azərbaycanlı futbolçu daxil edilib. Bu, “Qarabağ”ın kapitanı Rəşad Sadıqovdur.
Saytda bildirildiyinə görə, 35 yaşlı müdafiəçi mili komandanın tərkibində 111 oyun keçirib və bu siyahıya komanda oyunu sayəsində düşə bilib.
Muxalifet3 - 19-10-2017
Avropa İttifaqı səfirinin avtomobili qəzaya düşdü - BAKIDA
Avropa İttifaqın Azərbaycankı Nümayəndəliyinə məxsus avtomobil qəzaya düşüb.
Hadisə Bakının Yasamal rayonu ərazisində qeydə alınıb.
Avropa İttifaqının Bakıdakı Nümayəndəliyinə məxsus, Fuad Abbasovun idarə etdiyi “Audi” markalı, 050 D 001 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Afiqə Abbasovanın idarə etdiyi “Nissan” markalı maşınla toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki maşına ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet3 - 19-10-2017
DYP açıqladı: "Maşında söhbət etsəniz, cərimələnəcəksiniz..."
Dünəndən sosial şəbəkələrdə sükan arxasında diqqəti yayındıracaq söhbət və hərəkətlərə görə sürücülərin 40 manat cərimələnəyi ilə bağlı məlumat müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri bildiriblər ki, bütün sürücülər sükan arxasında söhbət edir, onda gərək hər kəs cərimələnsin.
Bu məqamda belə bir sual yaranır ki, hansı söhbətin diqqət yayındırdığı polis tərəfindən necə müəyyən olunacaq?Muxalifet - 19-10-2017
Sarkisyan baş nazir, Karapetyan isə müavini olacaq – ERMƏNİ MƏTBUATI
Ermənistanda hakimyyət daxilində yeni razılaşma əldə olunub.
“Jamanak” qəzeti xəbər verir ki, Cenevrə görüşündən əvvəl və sonra aparılan üzünmüddətli danışıqlar nəticəsində prezident Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasında vəzifə bölgüsü aparılıb.
Məlumata görə, Sarkisyan Karapetyanı 2018-ci ilin aprelindən sonra baş nazirin müavini kimi fəaliyyətini davam etdirməyə razı sala bilib. Belə ki, Qarabağ münaqişəsi və Ermənistanın təhlükəsizlik məsələlərində baş nazir vəzifəsindən aşağı post tutanlara səlahiyyət verilməyəcək.Muxalifet3 - 19-10-2017
Yaponiyada Azərbaycan multikulturalizmi dərsləri başladı
Yaponiyanın ən güclü 5 ali təhsil müəssisəsindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə start verilib.
Muxalifet2 - 19-10-2017