​"Qərb bundan dərs götürməyi bacardı" - PUTİN

Qərb 1917-ci ildəki Rusiya inqilabından dərs götürməyi bacardı.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.
“Bu, sadəcə Soyuq müharibə dövründə qazanılan zəfərlərdən ibarət deyildi. SSRİ-yə meydan oxunması nəticəsində Qərb bir çox geopolitik qələbələr qazandı. Yaşayış səviyyəsinin yüksəlməsi, orta sinfin meydana çıxması, əmək bazarında və sosial sahələrdə həyata keçirilən islahatlar və insan hüquqlarının qorunması bunlardan bəziləridir”, - deyə Putin bildirib.