Axtarış

The search found 105785 results in 0.037 seconds.

Search results

  1. Qərbli XRİSTİAN DÖYÜŞÇÜLƏRƏ PKK-dan SOYUQ DUŞ

     PKK/PYD terror təşkilatı, təşkilatdan ayrılmaq istəyən ABŞ-lı terrorçuları həbs edib.
     
    Müxalifət.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, PKK-ya qatılan AMERİKALI əsgərlərə təşkilatdan ayrılmaq istəyincə, terroçular soyuq duş effekti yaradıblar.
     

    Muxalifet - 19-10-2017

  2. "Gürcü Arzusu"nun namizədləri arasında Ermənistan vətəndaşlarının olduğu iddia edilir

    Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyası hakimiyyətdəki “Gürcü Arzusu” Partiyasını seçki haqqında qanunu pozmaqda ittiham edib. 

    Muxalifet2 - 19-10-2017

  3. “Fürsət tapan kimi məni zorlayırdılar” – Olimpiya çempionundan ŞOK AÇIQLAMA

    ABŞ yığmasının üzvü, olimpiya çempionu Makkayla Maroni dünya idmanını şoka salan açıqlaması ilə diqqət mərkəzinə düşüb.
    Belə ki, dekabrın 9-da 22 yaşını tamam edəcək gimnast məşqçi və həkimi tərəfindən zorlandığını deyib.
    O bildirib ki, bakirəliyini 13 yaşında ABŞ yığmasının həkimi Larri Nassar pozub. Ardınca isə məşqçiləri də 7 il bunu zorlamaqda davam ediblər.

    Muxalifet3 - 19-10-2017

  4. İrandan Əhmədinejat haqqında şok qərar... 3,5 MİLYARD DOLLAR CƏRİMƏ

    İran Dövlət Nəzarət Şurasının İranın sabiq prezidenti Mahmud Əhmədinejat barəsində 2009-cu ildə neft gəlirlərindəki kəsirlər səbəbindən 3,5 milyard dollara qədər zərəri tələf eləmək qərarı verdiyi aşkar olub.
    İran Məclisinin xəbər agentliyinin xəbərinə görə, Ərhmədinejat prezident olduğu 9 və 10-cu hökumətlər dövründə neft məhsulları idxalındakı zərərlərə və neft gəlirlərindən xəzinəyə pul keçirdiyi ittihamı ilə 3,5 milyard dollara qədər zərəri ödəməyə məhkum edilib.

    Muxalifet3 - 19-10-2017

  5. ​Maşallah Əhmədov yenidən həbsə qayıda bilər

    Tanınmış futblolçu Maşallah Əhmədovun cinayət işi üzrə zərərçəkmiş Yusif Əzizov onun cəzasının ağırlaşdırılması üçün kassasiya şikayəti verib.
    Muxalifət.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, ittihama görə 350 min manat pulu M.Əhmədov tərəfindən mənimsənilən Y.Əzizov Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalıb. Apellyasiya Məhkəməsi M.Əhmədovun cəzasını 8 ildən 2 ilə endirib.

    Muxalifet2 - 19-10-2017

  6. ​Bərzaniyə şok: Həbs qərarı verildi...

    İraq məhkəməsi Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin müavini Kosrad Rəsulun həbs edilməsinə qərar verib.
    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
    Məlumata görə, Kosrad Rəsul İraq ordusunu “işğalçı qüvvələr” adlandırdığına görə haqqında həbs qərarı çıxarılıb.

    Muxalifet2 - 19-10-2017

  7. ABŞ Fələstindən İsraili tanımasını istədi

    ABŞ Fələstindən Qəzza zolağına tam nəzarəti bərpa etməsini və İsraili tanımasını istəyir.
    Bu barədə Trampın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt danışıb.

    Muxalifet2 - 19-10-2017

  8. Sepah: İran ballistik raket istehsalını sürətləndirəcək

    ABŞ-ın təzyiqləri fonunda İranın raket proqramının inkişafı sürətləndiriləcək.
    Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) bəyanatında deyilir.
    Qeyd olunur ki, "Sepah" regionda təsirini gücləndirməyə çalışır və İranın ballistik raketlərin yaradılması üzrə proqramını daha sürətlə inkişaf etdirəcək.
    Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana münasibətdə yeni strategiyasının icrasına "Sepah"a qarşı sərt sanksiyaların tətbiqi ilə başlanacağını bildirmişdi.

    Muxalifet2 - 19-10-2017

  9. ​Oğurluqda şübhəli bilinən 2 qadın saxlanıldı

    Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların evlərindən oğurluq hallarına qarşı tədbirlər həyata keçirilib.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 14-nə keçən gecə DİN-in "102” Zəng Mərkəzinə Gəncə şəhəri ərazisindəki evlərin birindən oğurluq olması barədə məlumat daxil olub.
    Hadisə yerinə gələn Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Məlum olub ki, evdən 100 manat, 400 dollar, habelə qızıl əşyalar oğurlanıb.

    Muxalifet2 - 19-10-2017

  10. ABŞ İŞİD-in “paytaxtını” PKK-ya TƏSLİM ETDİ

     Terror təşkilatı PKK/PYD Suriyanın Rakka şəhərini İŞİD-dən aldı.
     
    Müxalifət.az xəbər verir ki, ABŞ-ın dəstəyi ilə işğal edilən Rakka, PKK-ya təslim edildi.
     Terrorçular şəhərin mərkəzinə teröristbaşı Öcalanın portretlərini asdı. Qərb mətbuat orqanları isə Rakkanın PKK-nın əlinə keçməsini qələbə kimi elan etdi.
    ABŞ-ın qurudan və havadan 6 ay boyunca bombaladığı Rakka PKK-ya təslim edildi.
     6 aylıq bombardman prosesində  1700 vətəndaş həyatını itirdi, şəhərin 65 faizi tamamilə viran edildi.

    Muxalifet - 19-10-2017

  11. Rusiya və Hindistan birgə HƏRƏKƏTƏ KEÇİR - FOTO

    Bu gün "İndra-2017" hərbi təlimləri başlayır.
    Rusiya Sakit Okean Donanması və Hindistan Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin birlikdə keçirəcəyi təlimlər ölkənin Primorski vilayətində start götürüb.
    Məlumat Rusiyanın Müdafiə Nazirliyi tərəfindən yayımlanıb. Təlimlərdə Rusiya-Hindistanın böyük sayda hərbi donanması, şəxsi heyəti və iki ölkənin quru qoşunları, aviasiya texnikası da iştirak edir.
    "İndra-2017" təlimlərinin oktyabr ayının 29-a qədər davam edəcəyi qeyd olunub.

    Muxalifet2 - 19-10-2017

  12. ​DİN inspektor-tərcüməçi və həkim vəzifələrinə işçi axtarır

    Daxili İşlər Nazirliyi (DİN) Beynəlxalq Əməkdaşlıq İdarəsində vakant olan 1 inspektor-tərcüməçi (sinxron-ingilis dili) vəzifəsində xidmətə qəbulla bağlı müsabiqə elan edir.

    Muxalifet2 - 19-10-2017

  13. ​Telefon oğruları TUTULDU

    Paytaxtda telefon oğurlamaqda şübhəli bilinən iki nəfər tutulub.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən sentyabrın 25-də və oktyabrın 3-də Bakı şəhər sakinləri olan 2 nəfərin ciblərindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Aslan Kərimov saxlanılıb.

    Muxalifet2 - 19-10-2017

  14. 26 yaşlı oğlan bıçaqlandı - ​ŞAMAXIDA

    Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı rayon Mədəniyyət Evinin qarşısında qeydə alınıb.
    Şəhərin S.Ə.Şirvani küçəsindəki 19 saylı mənzildə yaşayan 1991-ci il təvəllüdlü Əkbərov Mirhüseyn Seyran oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Muxalifet2 - 19-10-2017

  15. ​Bakıda fəhlə arvadının iki kişi ilə görüntülərini çəkdi

    Azərbaycanda ər arvadını xəyanət edərkən tutub.
    ARB TV-də efirə gedən "Çıxış yolu Afət Rahilqızı ilə” verilişinə Aftandil adlı şəxs müraciət edib. O, iki qız övladının valideynlik hüququnu tələb edib. Salyan rayonunda ailəsi ilə birgə yaşayan Aftandil işi Bakıda olduğu üçün həftənin 5 günü orda qaldığını deyib. Evini təmir etmək məqsədi ilə pul yığan Aftandil bir müddət sonra 5 min manat miqdarında pulun evdən yoxa çıxdığını görüb. Həyat yoldaşından soruşduqda isə xəbəri olmadığını bildirib.

    Muxalifet2 - 19-10-2017

  16. ​Qadının qulağındakı sırğanı qoparıb qaçdı

    Oktyabrın 18-də saat 9 radələrində “Moskva” ticarət mərkəzində naməlum şəxs bir qadının qulağındakı qızıl sırğasını qoparıb qaçıb.
    DİN-in verdiyi xəbərə görə, ərazidə xidmətdə olan Mühafizə Polisinin əməkdaşları tərəfindən həmin şəxs bir qədər aralıda saxlanılıb.
    Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Hüseynov olduğu məlum olub. Onun üzərinə baxış keçirilən zaman həmin qadına məxsus qızıl sırğa maddi sübut kimi, həmçinin 0,399 qram heroin də aşkar edilərək götürülüb.
    Faktla bağlı cinayət işi açılıb.

    Muxalifet2 - 19-10-2017

  17. Fətullah Gülən Türkiyəyə TƏHVİL VERİLMƏLİDİR – ABŞ mətbuatı

     “Vaşinqton Times” qəzeti baş verən son “viza” böhranının və FETÖ-nun Türkiyə ilə ABŞ əlaqələrinə verdiyi zərərdən yazıb.
     
    Müxalifət.az-ın xəbərinə görə, qəzet iddia edir ki, Gülənin gerçək qeydiyyatı ən yüksək səviyyədə araşdırmağı haqq edir və diplomatik intriqaların kölgəsində qalmamalıdır.

    Muxalifet - 19-10-2017

  18. ​Ermənilərdən növbəti riyakarlıq: "Qarabağ"ı... - Foto

    Ermənilər daha bir iyrənc “özəlləşdirmə” edib.
    A24.az xəbər verir ki, ermənilərin bu dəfəki hədəfi Qarabağ FK olub. Düşmən qonşular “Vikipediya”nın rəsmi səhifəsində Azərbaycanın "Qarabağ" Futbol Klubunu Ermənistan klubu kimi təqdim edib.
    Fotonu təqdim edirik:

    Muxalifet2 - 19-10-2017

  19. 100 adamı öldürən erməninin atası da qatil çıxdı – HƏBS

    Moskvada sərnişinlərə zəhərli maye təklif edərək onları soyan daha bir taksi sürücüsü həbs edilib.
    Bu barədə RİA informasiya yayıb.
    Məlumata görə, həbs olunan sürücü dünən Moskva polisi tərəfindən yaxalanan və 100-dən çox insanın qatili olduğu iddia edilən erməni Vaaqn Karapetyanın atasıdır.
    Qeyd edək ki, Karapetyan barəsində “Sağlamlığa ciddi ziyan vurma, qurbanın ölümü ilə nəticələnən soyğun” maddəsi ilə cinayət işi açılıb.

    Muxalifet2 - 19-10-2017

  20. Bərzaninin ən yaxın adamına 7 illik həbs cəzası verildi

    Bərzaninin köməkçisi Kosrat Rəsulu Kərkükü geri alan İraq əsgərlərini işğalçı adlandırdığına görə, 7 illik həbs cəzası gözləyir.
    Onun həbsi ilə bağlı qərarı İraq Məhkəməsi verib.
    42 il əvvəl Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasına qoşulan R.Kosratının səsləndiyi fikirlər Bağdadla Ərbil arasında yeni müzakirənin açılmasına səbəb olub.

    Muxalifet2 - 19-10-2017

Pages