46 yaşlı kişi yüksək dozada narkotik maddə qəbul edərək öldü - ​BAKIDA

Bakıda 46 yaşlı kişi yüksək dozada narkotik maddə qəbul etməsi səbəbindən ölüb.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Maştağa qəsəbəsində 1971-ci il təvəllüdlü Eldəniz Həsənov yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.