Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
İranlı tələbəni öldürən dəstə haqda yeni xəbər - DAHA BİR EVƏ BASQIN EDİBLƏRMİŞ
Sumqayıtda iranlı tələbəni öldürməkdə şübhəli bilinərək tutulan dəstə üzvlərinin daha bir cinayətinin üstü açılıb.
Hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalarla saxlanılan dəstə üzvləri – Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyevin bir müddət əvvəl Kürdəmir rayon sakini Zahid Zərbəliyevin yaşadığı evə girərək ev sahibi və onun həyat yoldaşının ağzını və əl-qolunu yapışqanlı lentlə bağlayaraq mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları apardıqları müəyyən edilib.Muxalifet3 - 19-10-2017
"Yürüşə icazə verilməməsi qanunsuzdur" - ARİF HACILI
Bakı meriyası Müsavat Patiyasının yürüşünə icazə verməyib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüş-mitinqin keçirilməsinə razılıq verməyib.
Bakı meriyası Müsavat Partiyasına oktyabrın 21-də keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi təklif edib.
Meriya yürüşə razılıq verməmək haqqında qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.
Masavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində Bakı meriyasının cavabını qanusuz saydığını bildirib.Muxalifet - 19-10-2017
Elm dünyası şokda: Buddanın heykəlinin içindən mumiya çıxdı - VİDEO
Buddanın heykəli kompüter diaqnostikasına məruz qalmayan ən qədim tarixi əsərlərdən biridir.
Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, Niderland alimləri bu işi görmək qərarına gəliblər. Nəticələr hamını şoka salıb. Heykəlin içində insan bədəni var idi!Muxalifet3 - 19-10-2017
Kreditlər üzrə bocların həcmi QIRMIZI XƏTTİ KEÇİB - Qubad İbadoğlu
İqtisad elmləri doktoru Qubad İbadoğlu ölkədə vaxtı keçmiş kreditlərin yaradacağı problemlərdən yazıb. Onun facebook səhifəsində dərc etdiyi məqaləni təıqdim edirik:
Vaxtı keçmiş kreditlər üzrə bocların həcmi qırmızı xətti keçib.
Təxirəsalınmaz tədbirlər görülməzsə bu problem daha da “yoğunlaşaraq” nəinki maliyyə bazarlarını sıradan çıxaracaq, həm də onsuz da pis vəziyyətdə olan milli iqtisadiyyatı daha da çətin duruma salacaq.
Borc problemi ölkədə qalan hər 3 nəfərdən birini narahat edir.Muxalifet - 19-10-2017
İşdən çıxarılan aktyor: 'ƏRİZƏNİ İSTƏMƏDƏN YAZMIŞAM'
"İşdən azad olunmağım üçün doğrudan da ərizə yazmışam. Ancaq bunu istəmədən etmişəm. Bu haqda rəhbərliyə də bildirmişəm."
Akademik Milli Dram Teatrının aktyoru Ayşad Məmmədov işdən öz istəyi üzrə çıxarılması barədə xəbərləri şərh edərkən belə deyib.
A.Məmmədov bəzi müxalifət partiyalarını birləşdirən Milli Şuranın “Talana yox” şüarı ilə keçirilən etiraz aksiyasında iştirak edən üç aktyordan biridir. Bu gün, oktyabrın 18-i Akademik Milli Dram Teatrı onun öz ərizəsi əsasında işdən çıxarıldığını açıqlamışdı.Muxalifet - 19-10-2017
Tiflisdə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası
Tiflis şəhərində 67 saylı ictimai məktəbin bir qrup şagirdi etiraz aksiyası keçirib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, aksiyaya səbəb məktəbin kimya müəllimi Dodo Kezuanın şagirdlərə qarşı təhqir və fiziki zorakılığa yol verməsidir.Muxalifet3 - 19-10-2017
Şəkidə ev alışdı, məktəb yanğınla üz-üzə qaldı
Şəkidə yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Baş Göynük kəndində ümumi sahəsi 650 m2 olan birmərtəbəli kürsülü binanın yanar konstruksiyaları 380 m2 sahədə yanıb.
Məlumata görə, yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.Muxalifet2 - 19-10-2017
“Qarabağ” nə qədər qaçdı, nə qədər ötürmə etdi? – OYUNUN STATİSTİKASI
Çempionlar Liqasının “Qarabağ” – “Atletiko” matçının (0:0) statistik göstəriciləri məlum olub.
Muxalifet.az bildirir ki, komandalar qol vura bilməsələr də, topa sahib olma və dəqiq ötürmələrdə qonaq komanda üstün olub.
UEFA-nın hazırladığı statistik hesabatı təqdim edirik:
“Qarabağ” – “Atletiko” oyunun statistikası
Qol: - 0:0
Qapıya zərbə: 8:10
Çərçivəyə gedən zərbə: 1:3
Zərərsizləşdirilən zərbə: 2:1
Qapı dirəyi/tiri: 0:0
Küncdən zərbə: 2:5
Ofsayd: 0:6
Topa sahib olma: 48 % - 52 %Muxalifet3 - 19-10-2017
PKK ABŞ əsgərlərini həbs etdi - FOTOLAR
PKK/PYD terror qruplaşması onlara dəstək verən ABŞ əsgərlərini həbs edib.
Həbs olunanlar Kevin Hovard və Taylor Hudsondur.
K.Hovard 28 yaşındadır, ABŞ ordusunun keçmiş əsgəridir. 1 ildir Suriyada PKK/PYD qruplaşması tərkibində döyüşür.
T.Hudson da keçmiş Amerika əsgəridir. Hovardla birlikdə terror qruplaşmasına qoşulub.Muxalifet2 - 19-10-2017
“AZƏRBAYCANDA İŞİD TƏHDİDLƏRİ ARTAN XƏTLƏ GEDİR” - Sülhəddin Əkbərdən xəbərdarlıq
Azərbaycana qarşı İŞİD-in təhdidi hansı həddədir?
Muxalifet3 - 19-10-2017
Amerikanın ƏLƏVİ SSENARİSİ: Türkiyə üçün xaos PLANI
ABŞ-ın Türkiyə daxilində xaos yaratmağı planlaşdırır.
Bu barədə Vətən Partiyasının rəhbəri Doğu Perinçek deyib.
Onun sözlərinə görə, ABŞ Türkiyə daxilində ələvi tələsi hazırlayır.
“Qərbi Asiyada bərabərlik yaradıldı və ABŞ-ın piyadaları bir güllə belə atmadan qaçırlar. Amerika bölgə ölkələrinin birliyinə qarşı Türkiyəyə qarşı yeni həmlələr etmək istəyəcək. Daxildə qarışıqlıq yaratmaq üçün bir sıra planlar hazırlayırlar. Qarşımızda ABŞ və İsrail var, amma ölkəmizdə ələvi-sünni bərabərliyi və qardaşlığı da mövcuddur.Muxalifet2 - 19-10-2017
AFFA-dan Prosineçki açıqlaması: Görüşəcəyik…
Robert Prosineçki ilə bu ayın sonuna qədər görüş olacaq. Onun hazırda qüvvədə olan müqaviləsi mövcuddur. Axşam Bakıya qayıtmalıdır. Bugünlərdə görüşəcəyik.
Bunu Report-a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin postunda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, xorvatiyalı mütəxssislə bağlı yekun qərar onunla görüşdən sonra veriləcək. E.Məmmədov 10 gün ərzində R.Prosineçki ilə görüşəcəklərini söyləyib:Muxalifet2 - 19-10-2017
Kiyevdə 700 nəfər parlament binası qarşısında ETİRAZ EDİR
Etirazçıların düşərgəsində vəziyyət sakitdir
Kiyevdə Ukrayna Ali Radasının binası qarşısında təqribən 700 nəfərin iştirak etdiyi aksiya keçirilir.
"İnterfaks" xəbər verir ki, etiraz aksiyası Qruşevski küçəsində davam edir. Bu küçədə etirazçılar çadırlar qurublar. Etirazçıların düşərgəsində vəziyyət sakitdir.Muxalifet2 - 19-10-2017
Xəzərdə zəlzələ oldu
Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təkanlar yerli vaxtla saat 13:21-də Xəzər dənizində qeydə alınıb.
Maqnitudası 3.0, dərinliyi 9 km olan zəlzələ hiss olunmayıb.Muxalifet2 - 19-10-2017
Mingəçevirdə kütləvi dava: 22 yaşlı gənc ağır yaralandı
Mingəçevir şəhərində kütləvi dava olub.
Hadisə şəhərin Tərəvəzçilik yaşayış massivində qeydə alınıb.
Belə ki, həmin massivin sakini, 1995-ci il təvəllüdlü Elman Əkbər oğlu Quliyev mübahisə zəminində eyni vaxtda üç nəfər tərəfindən döyülüb. Nəticədə onun su arxına yıxıldığı və müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralının xəstəxanaya çatdırıldığı bildirilib.
Eyni zamanda hadisə yerinə gələn zərərçəkənin anasının da təhqir olunaraq kobudluğa məruz qaldığı vurğulanır.
E.Quliyevin məcburi köçkün olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır./report/Muxalifet3 - 19-10-2017
Keçmiş məhkum yenidən həbs edildi
Bakıda avtomobil qaçıran şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 18-də saat 2 radələrində Xətai rayonunun Nobel prospektindən Bakı şəhər sakini Mirsadiq Vahabova məxsus “VAZ-2104” markalı avtomobil qaçırılıb.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin həmin gün saat 6 radələrində Nərimanov rayonu S.Vurğun küçəsində hərəkətdə olması aşkar edilib.Muxalifet2 - 19-10-2017
Gülənin Bakıdakı əsas adamı həbs edildi - Təcili
Ötən il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edən FETÖ-nun Azərbaycanda təşkilatlanmasında mühüm rol oynayan Faruq Yıldız həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Yıldız Türkiyəyə girərkən hava limanında saxlanılıb.
İfadə verdikdən sonra Ankara Ədliyyəsinə gətirilib və məhkəmədən sonra hakim onun həbs edilməsinə qərar verib.
“Milliyyət” qəzeti onun FETÖ-nun Azərbaycandakı əsas adamı olduğunu yazıb.Muxalifet2 - 19-10-2017
Bakının mərkəzi küçələrində eyvanlar sökülür - FOTO
Bakının mərkəzi küçələrində hündürmərtəbəli binaların eyvanları (“balkon”lar) sökülür.
“Report”un məlumatına görə, söküntü işləri paytaxtın Nəsimi və Xətai rayonu ərazisində həyata keçirilir.
Nəsimi Rayon İcra Hakimiyyətinin təsərrüfatı şöbəsinin müdiri İsgəndər Səfərov “Report”a açıqlamasında bildirib ki, köhnə və müddətini başa vurmuş, eləcə də qəzalı vəziyyətdə olan eyvanlar sökülərək yeniləri ilə əvəz olunur.Muxalifet3 - 19-10-2017
Birinci xanım livanlı zərgəri məhkəməyə verdi – ŞOK SƏBƏB
Qreys Muqabe 100 karatlıq brilyant üzük hazırlanmasını sifariş verdiyi zərgərlə məhkəmədə görüşəcək
Zimbabvenin birinci xanımı Qreys Muqabe livanlı zərgər Camal Əhmədi məhkəməyə verib.
"Vesti.ru" xəbər verir ki, zərgər dəyəri təxminən yarım milyon dollar olan 100 karatlıq brilyant üzük hazırlanması üçün edilən ilkin ödənişi geri qaytarmaqdan imtina etdiyinə görə, ona qarşı iddia qaldırılıb.
Zimbabve prezidentinin həyat yoldaşı toylarının ildönümünə 100 karatlıq üzük sifarişini hələ 2015-ci ildə verib. Üstəlik, ilkin ödəniş formasında məbləğin hamısı ödənilib.Muxalifet3 - 19-10-2017
Zabit Səmədov Qurban Qurbanovla görüşdü: "Burda olmaqdan qürur duyuram" - VİDEO
“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniyanın “Atletiko” klubunu qəbul edib Qarşılaşmanı izləyənlər arasında “Mauqli” ləqəbli məşhur Azərbaycan kikboksçusu Zabit Səmədov da olub.
Muxalifet3 - 19-10-2017