Lyaşko: Saakaşvilini Ukraynadan qovmaq lazımdır

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini Ukraynadan qovmaq lazımdır. 
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukraynanın Radikal Partiyasının rəhbəri Oleq Lyaşko paylaşıb. 
“Müharibə şəraitində olan ölkədə hakimiyyəti ələ keçirmək üçün xaos təşkil etmək Ukrayna dövlətçiliyinə qarşı dəhşətli cinayətdir. Saakaşvili də, Yuliya Timoşenko da Ukraynanın maraqlarının əleyhinə hərəkət ediblər”, – deyə o bildirib. 
Qeyd edək ki, ötən gün Kiyevdə Saakaşvili geniş mitinq keçirib və Prezident Poroşenkonu istefaya çağırıb.