Dəniz Baykal XƏSTƏXANAYA GÖTÜRÜLDÜ - REANİMASİYADADIR

Fransadan qayıtdıqdan sonra gecə yarısı istiliyi qalxan Dəniz Baykal xəstəxanaya götürüldü.
 
Müxalifət.az bildirir ki, bu barədə Türkiyə mediası xəbər verib.
CHP-nin Antalya Millət Vəkili Dəniz Baykal, Fransanın Strasburq şəhərində təmaslarını davam etdirirdi.
 
YÜKSƏK QIZDIRMA
 
Türkiyəyə qayıdan Baykal, gecə yarısı yüksək qızdırma ilə xəstəxanaya götürülüb. Bayklalın müalicəsinin reanimasiya şöbəsində aparıldığı bildirilib.
 
SƏTƏLCƏMİN BAŞLANĞICI
 
Baykalın yüksək qızdırma və sətəlcəm olması səbəbilə müalicə altında saxlandığı bildirilir.
Müxalifət.az