2 qoyun oğurlayanlara 15 il həbs cəzası

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çobana qarşı quldurluq edərək 1 qoyun və 1 quzu götürməkdə təqdirləndirilən Tamerlan Rəsulov, Ələkbər Rəsulov, Eldəniz Cəfərov , Anar Piyev və Rusif Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 
Hakim Faiq Qəniyevin icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Ələkbər Rəsulov 7 il, Tamerlan Rəsulov və Eldəniz Cəfərov 4 il müddətinə azadlıqdan məhrum edilib, Anar Piriyev və Rusif Mehrəliyev 3 min manat cərimə edilib. 
Təqsirləndirilən şəxslərin hər birinin himayəsində azyaşlı uşaqlarının olması yüngülləşdirici hal kimi qiymətləndirilib.
İttihama görə, adıçəkilən şəxslər Abşeron rayonunda yerləşən "Sevil Massivi" MTK ərazisində qoyun otaran çobana qarşı fiziki güc tətbiq edərək 1 qoyun və 1 quzu götürüblər. Saxlanıldıqdan sonra isə götürdüklərini geri qaytarıblar.
Onlar bildiriblər ki, həbs edilən qohumlarına görə pula ehtiycaları olduğu üçün belə hərəkət ediblər (“Qafqazinfo”).