​Ərdoğan bunu çox yaxşı bilir ki... - Puşkov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrinə baxmayaraq Krımın statusu dəyişməyəcək.
Bunu Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov söyləyib.
Onun sözlərinə görə, Krım Rusiya dövlətinindir və türk lideri buna təsir edə bilməz:
"Ərdoğanın Krımın Rusiyaya mənsubluğunu tanıyıb-tanımaması Krımın statusunu dəyişdirmir. O bunu çox yaxşı bilir, sadəcə Poroşenkoya xoş getsin deyə belə deyir".
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşdə Ankaranın Ukraynanın müstəqilliyini dəstəklədiyini və Krımın qeyri-qanuni işğalını tanımadığını deyib.