ABŞ səfiri viza qadağasının səbəbini AÇIQLADI

ABŞ-ın Türkiyədəki səfiri Con Bass Ankara ilə Vaşinqton arasında yaşanan viza böhranı ilə bağlı açıqlama verib.
 
Açıqlamada viza qadağasının ABŞ səfirliyinin əməmkdaşlarının Türkiyə polisi tərəfindən həbsi göstərilir.
"Bu həbslərin səbəbini, irəli sürülən ittihamların əsaslılığını təsbit edə bilmədik. Həbs edilən şəxs Türkiyə səlahiyyətli şəxslərilə əməkdaşlığı gücləndirmək və vətəndaşların təhlüksizliyini təmin etmək sahəsində fəaliyyət göstərirdi. Üstəlik əməkdaşımızın vəkillə təmin edilməsinə şərait yaradılmayıb. Onun Türkiyə polisi ilə görüşməsi vəzifəsinin bir hissəsi idi. Bu həbs bəzi səlahiyyətli şəxslərin ABŞ-Türkiyə münasibətlərinə xələl gətirmək məqsədi daşıdıqlarını ortaya qoyur. Müvəqqəti viza qadağasını təəssüf hissi ilə tətbiq etdik. Bunun insanları narahat etdiyini bilirik. Hesab edirik ki, qadağa uzun sürməyəcək. Qadağanın nə vaxt aradan qalxacağı Türkiyənin səlahiyyətli şəxslərilə görüşdən sonra, həbs edilən əməkdaşlarımızın aqibətinə aydınlıq gətiriləndən sonra bilinəcək", deyə səfir açıqlamasında bildirib.
Xatırladaq ki, ABŞ hökuməti bir neçə gün əvvəl ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi lə bağlı Türkiyə vətəndaşlarına vizanın verilməsinin dayandırmışdı.
Buna cavab olaraq , Türkiyə də ABŞ vətəndaşlarına qeyri-miqrasiya vizalarının verilməsini dayandırıb.
Türkiyə hökuməti ABŞ diplomatının həbsini onun Fətullah Gülən hərəkatı ilə əməkdaşlığı ilə əlaqələndirir.