“Türkiyə ordusu ilə SAVAŞIN, SİZƏ YARDIM EDƏRİK” - ABŞ

Türkiyənin Suriyanın İdlib əyalətində hərbi əməliyyatlara qərar verməsi ABŞ və terrorçu müttəfiqlərini əndişələndirib
 
Müxalifət.az Türkiyə mediasına istinadən bildirir ki, Türkiyənin İdlib əməliyatına başlaması ABŞ-ın Suriya palanlarını alt-üst edib.
Ona görə də ABŞ prosesi zəiflətmək üçün hər cür təxribatlara baş vurur. Pentaqon və MKİ Idlibdəki bəzi terror qrupları ilə bir araya gəlib və Türk Silahlı Qüvvələrinə bölgəyə girdiyində silahlı müqavimətə başlamalarını istəyib. Bunun müqabilində onlara hər cür yardımın olunacağına vəd ediblər. Məlumatlara görə, bəzi müxalif qruplarla da görüşən amerikalılar onlara "Türkiyə ilə savaşırsanız, sizlərə İordaniyadan kömək edəcəyik" vədini veriblər.
Müxalifət.az