Axtarış
The search found 105785 results in 0.021 seconds.
Search results
Partiya sədri: "Mitinq müəyyən müddətə təxirə salındı" - FOTOFAKT
AXCP sədri Əli Kərimli sabah keçiriləcəyi planlaşdırılan mitinqin təxirə salınacağı ilə bağlı məlumat yayıb.
Muxalifet.az big.az-a istinadən xəbər verir ki, bir neçə gündür hazırlıq görülən, hətta Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış icazəli mitinqin təxirə salınacağı ilə bağlı rəsmi səhifəsində paylaşım edib. O qeyd edib ki, mitinq müəyyən müddətə təxirə salınır.
Muxalifet2 - 6-10-2017
25 şagird məktəbdə zəhərləndi
Türkiyənin Siirt Eruh bölgəsində yerləşən məktəbdə 25 şagirdin vəziyyəti pisləşib.
Muxalifet.az sonxeber.az-a istinadən xəbər verir ki, şagirdlər günorta yeməyindən sonra müəllimlərinə başlarının gicəlləndiyini və mədələrinin bulandığını söyləyiblər.
Uşaqlar təcili dövlət xəstəxanasına aparılaraq müşahidə altına alınıb. Şagirdlərin zəhərləndiyi düşünülür. Məktəbdə polislər tərəfindən araşdırmalar başlanılıb.
Qeyd edək ki, həmin məktəbdə 300 şagird təhsil alır.
Muxalifet2 - 6-10-2017
“Bavariya”nın yeni baş məşqçisi məlum olub
Yup Haynkes “Bavariya”nın yeni baş məşqçisi təyin edilib.
Muxalifet.az-ın məlumatına görə, 72 yaşlı mütəxəssislə 2018-ci ilin 30 iyununa qədər müqavilə bağlanıb.
Haynkes klubun yaxın zamanda yenidən uğurlu çıxış etməsi üçün əlindən gələni edəcəyini söz verib.
Bundan əvvəl Yup Haynkes “Bavariya”nın sükanı arxasında üç dəfə olub (1987–1991, 2009 и 2011–2013). Onun rəhbərliyi altında komanda üç dəfə ölkə çempionu və bir dəfə Çempionlar Liqasının qalibi olub.Muxalifet2 - 6-10-2017
Nəticələr açıqlandı: Kataloniya müstəqilliyini bəyan edir
Kataloniya muxtariyyəti oktyabrın 1-də keçirilən müstəqillik referendumunun nəticələrini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, səsvermədə iki milyondan artıq seçici (90.18 faiz) müstəqilliyin lehinə səs verib.
Təxminən 8 faizə yaxın hissə müstəqilliyin əleyhinə olub.
Səsverənlərin 2 faizə yaxını isə qutuya boş bülleten atıb.
Kataloniya administrasiyasının rəsmi olaraq müstəqillik deklarasiyasını bəyan edəcəyi gözlənilir.
Muxalifet2 - 6-10-2017
Erməni zabitinin ölüm faktı üzə çıxdı
Ermənistanda hərbçilər arasında qeydə alınmamış itkilər üzə çıxmaqdadır. Belə ki, Hərbçilərə yardım fondunun Aktivlər və passivlərin idarə edilməsi üzrə komitəsi qanunda nəzərdə tutulmuş qaydada daha bir həlak olmuş erməni hərbçisinin ailəsinə kompensasiyaların verilməsi barədə qərar qəbul edib.
Muxalifet.az xəbər verir ki, fondun mətbuat xidmətinin məlumatına görə, mayor Robert Novruzoviç Qasparyanın ailəsinə birdəfəlik 10 milyon dram, həmçinin 20 il müddətinə aylıq 300 min dram veriləcək.Muxalifet2 - 6-10-2017
Azərbaycan məhsulları Almaniyada beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq
Sabahdan Almaniyanın Köln şəhərində “ANUGA” beynəlxalq ərzaq sərgisi öz işinə başlayacaq. Oktyabrın 11-dək davam edəcək sərgidə müxtəlif ölkələrdən 7400-dən çox şirkətin məhsulları nümayiş olunacaq.
Muxalifet2 - 6-10-2017
Gənc qadın 50 qəpiyə fransız dili öyrədir – VİDEO
Aysel Novruz adlı fransız dili müəllimi maraqlı təşəbbüslə çıxış edib.
Muxalifet.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, 32 yaşlı qadın, “Facebook” sosial şəbəkəsindəki izləyicilərinə fransız dili öyrətmək qərarına gəlib.
O, virtual dostlarına öz minnətdarlığını bildirmək üçün belə bir addım atdığını deyir.
Təhsilini Fransada alan qadın, ona köməklik edənlərlə yanaşı, 15 mindən çox izləyicisinə də 50 qəpiyə dil öyrətməyi planlaşdırır. Xidmət qarşılığında alacağı qəpiyi isə simvolik olaraq seçib.Muxalifet2 - 6-10-2017
Separatçılar təşvişdə: Ukrayna ordusu cəbhədə güclənir
Ukrayna ordusu Donbasda cəbhə xəttində xeyli ağır artilleriya qüvvələri cəmləşdirir.
Muxalifet.az xəbər verir ki, bu sözləri qondarma Donetsk Xalq Respublikasının "müdafiə nazirliyi"nin sözçüsü Eduard Basurin deyib.
O bildirib ki, qarşı tərəf 20 topçu artilleriyanı və tankı cəbhəyə gətirib.
Muxalifet2 - 6-10-2017
Pxenyan ABŞ sahillərini vurmağa hazırlaşır - Şok iddia
Şimali Koreya ABŞ-ın qərb sahillərini vura biləcək raketi sınaqdan keçirməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Şimali Koreyada səfərdə olan Rusiyanın Liberal Demokrat Partiyasının (RLDP) deputatı Anton Morozov deyib.
“Uzaqmənzilli raketlərin sınağı üçün hazırlıq görürlər. Bizə təqdim edilən riyazi hesablamalarda ABŞ sahillərini vura biləcəklərini dedilər”, - deputat bildirib.
Morozov onu da əlavə edib ki, Pxenyan atmosferə buraxılan nüvə başlığını idarəetmə texnologiyasına sahibdir.
Muxalifet2 - 6-10-2017
Daha bir televiziya kanalının rəhbərliyi dəyişir - Səhmlər satışa çıxarılacaq
Lider kanalının müflisləşmək üzrə olduğu və oktyabr ayında televiziyanın səhmlərinin satışa çıxarılacağı ilə bağlı məlumatlar yayılıb.
Muxalifet2 - 6-10-2017
Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, görüş oktyabrın 28-də, saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində təşkil olunacaq.
Qəbulda Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.Muxalifet2 - 6-10-2017
Moskvada həyəcan: Vağzallar evakuasiya edildi
Rusiyanın paytaxtı Moskvada Belarus, Kursk və Yaroslavl vağzalları terror təhlükəsi səbəbindən evakuasiya edilib.
Muxalifet.az xəbər verir ki, vağzallara bomba qoyulması ilə bağlı gələn naməlum telefon zəngindən sonra axtarış tədbirləri aparılıb və heçnə tapılmayıb.
Daha bir vağzalda – Kazanda da axtarışların aparıldığı bildirilib.
Axtarış tədbirlərində dolayı qatarların qrafikində də dəyişikliyin olmadığı deyilib.
Muxalifet2 - 6-10-2017
Qardaşının maşınını oğurlayan kameraya düşdü - Əməliyyat
Bakının Nizami rayonunda oğurluq hadisəsi törədilib.
Muxalifet.az xəbər verir ki, oktyabrın 5-də saat 14 radələrində Tərtər şəhər sakini Sərxan Əlizadə “NAZ Lifan” markalı avtomobilinin qaçırılması barədə rayon polis şöbəsinə müraciət edilib.
Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin paytaxt ərazisində hərəkətdə olduğu müəyyən edilib.Muxalifet2 - 6-10-2017
Goranboyda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Kələk kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2101” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Əmrahova Başxanım, onun bacısı 1992-ci il təvəllüdlü Əmrahova Gülnar və Gülnarın bir yaşlı övladı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Böyüklərin vəziyyəti normal, uşağın vəziyyəti isə orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır
Muxalifet2 - 6-10-2017
Əməkdar artist: "Sənətdə irəliləmək üçün ya arxan olmalıdır, ya da..."
"Sənətdə irəliləmək üçün istedaddan, çalışqanlıqdan başqa həm də şans və arxan olmalıdır".
Muxalifet.az big.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Naibə Allahverdiyeva Murad Arifin "Status" verilişində deyib.
Aktrisa bildirib ki, sənətdə irəli getmək üçün dəstək olan insan mütləqdir:
Muxalifet2 - 6-10-2017
Xırdalanda 30-dan çox ailə fırıldaqçıların qurbanı olub
Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasından ev alan 30-dan çox ailə fırıldaqçıların qurbanı olub.
Muxalifet.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, aldadılan şəxslər ayrı-ayrı vaxtlarda Xırdalan şəhərində yerləşən “Nursu Əmlak”ın ofisinə gəliblər.
Onlar həmin şirkətin müdiri Cavid Umudluya ödəniş etməklə müqavilə ilə ev alıblar. Ancaq sonradan məlum olub ki, həmin evlərin heç biri vətəndaşların adına deyil və ayrı şəxslərə satılıb. Nəticədə Cavid Umudlu vətəndaşların hamısına ümumilikdə 400-min manatdan çox ziyan vurub.Muxalifet2 - 6-10-2017
Diqqətli olun, kəskin virus yayılıb - ƏLAMƏTLƏR
Havaların birdən-birə soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyaları geniş yayılıb.
Mütəxəssislərə görə, kəskin respirator viruslar hava-damcı yolu ilə keçən, tənəffüs yollarının iltihabına səbəb olan xəstəliklərdir. Bura qrip, para-qrip və s. xəstəliklər aiddir.Muxalifet2 - 6-10-2017
Dünyanın ən uzun dilli iti - FOTO
ABŞ-ın Cənubi Dakota ştatındakı Su-Follz şəhərində 8 yaşlı senbernar iti dünyanın ən uzun dilli iti müəyyən olunub. Bu barədə "Daily Mirror" nəşri xəbər verib.
Muxalifət.az xəbər verir ki, itin dilinin uzunluğu 18,58 santimetr olub. İtin dilinin ölçüsü Ginnesin Rekordlar Kitabının əməkdaşları tərəfindən ölçülüb. Sonuncular sırf heyvanların əldə etdiyi uğurları qeydə almaq üçün ixtisaslaşıb. 2016-cı ildə məlum oldu ki, Böyük Britaniyada uzunluğu 119 santimetr olan, Lyudo ləqəbli pişik dünyanın ən uzun pişiyi seçilib
Muxalifet2 - 6-10-2017
Ərdəbil imamı: Sıra Türkiyə və İrandadır
İranın iri şəhərlərində oxunan cümə xütbələrində Kürdüstanın müstəqillik referendumuna qarşı kəskin fikirlər səsləndirilib.
Muxalifet.az İRNA-ya istinadən xəbər verir ki, Tehran imamı Əhməd Xatəmi bildirib ki, Türkiyə, İraq və İranın birgə siyasəti nəticəsində ABŞ və sionist İsrail rejiminin bu fitnəkar planın qarşısı alınmalıdır.
Kirmanşah imamı Mustafa Üləma isə qeyd edib ki, qeyri-qanuni refendumdan kürd xalqı, o cümlədən bütün region zərər görəcək.
Muxalifet2 - 6-10-2017
Həmsədrlər İrəvanda Sərkisyanla görüşdü
Ermənistan prezidenti Serj Sərkisyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Endryu Şoferi (ABŞ) və Stefan Viskontini (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşiki qəbul edib.
Muxalifet.az-ın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə prosesin irəliləyişi imkanları və Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili məsələləri müzakirə edilib. Həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunub.Muxalifet2 - 6-10-2017