Ərdoğan AÇIQLADI: “İDLİB HƏRƏKATI” BAŞLADI

Prezident Ərdoğan: "Bu gün İdlibdə ciddi bir hərəkat var".
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti bu gün İdlibdə əməliyyatın başladığını bəyan edib.
İdlibdə sabitlik bölgələri qurulması üçün sentyabrda Qazaxıstanın paytaxtı Astanada razılıq əldə olumuşdu. Anlaşmaya görə, Türkiyə şəhərin daxilini, Rusiya isə şəhər ətrafının təhlükəsizliyini təmin etməlidir. Bunun üçün Türkiyə ilkin olaraq İdlibə 500 əsgər göndərmə hazırlıqlarını tamamladı.
 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Afyonkarahisarda AK Partiyasının qərargahının açılış nitqində İdlibde ciddi bir hərəkatın başladığını bəyan edib.
 
“İDLİBDƏ CİDDİ BİR HƏRƏKAT VAR"
 
 “Fərat Qalxanı” ilə açdığımız sahəni yeni bir addımla daha irəli aparmaq niyyətindəyik, bu gün İdlibdə ciddi bir hərəkat var. Davam edəcək. İdlibdən sonra yeni təşəbbüslərə davam edəcəyik".
 
  HƏLƏLİK ƏSGƏRLƏRİMİZ İDLİBDƏ DEYİL
 
 Erdoğan bildirdiyinə görə, əsgərlərimiz hələlik İdlibde deyil, yalnız ÖSO oradadır: “İdlibin içi bizdə, qeyri-neft saəsi də Rusiyada olacaq. Rusiya havadan, TSK isə sərhəd daxilindən dəstək verəcəı".
 Ərdoğan, mümkün bir köç dalğası üçün hər cür hazırlığın olduğunu da deyib.
Terror qruplarına qarşı aparılacaq mübarizənin əsas hədəfi isə Idlibdən təmizlənən ərazidə sabitliyi təmin etməkdir
  Əməliyyatın digər bir hədəfi də İdlib üzərindən açılacaq olan dəhlizdir. Bu dəhliz müxaliflərin mövqeyini möhkəmləndirməklə bərabər, eyni zamanda insanların humanitar yardım və ərzaq məhsullarının təminatı da mümkün olacaq.
 Rus xəbər agentliyi “Russia Today”-in xəbərinə görə, Türk İHA-ları İdlib səmalarında uçuşurkən, Rus təyyarələri da terrorçulara aid silah anbarlarını vurur, desant qoşunları da şəhərə hər an girmək üçün əmr gözləyir.

 Müxalifət.az