Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Güclü külək dünyanın ən iri təyyarəsinin pilotlarını çətin vəziyyətə saldı – VİDEO
Almaniyanın Düsseldorf şəhərinin hava limanında Emirates şirkətinə məxsus Airbus A380 sərnişin təyyarəsi sərt eniş edib.
Muxalifet.az-ın məlumatına görə, hadisənin görüntüləri YouTube portalında yerləşdirilib.
Dubay-Düsseldorf reysini həyata keçirən təyyarə güclü külək səbəbindən uçuş-eniş zolağına uğurla enə bilməyib. Pilotlar çətinliklə 300 tonluq hava gəmisini qəzadan yayındırıblar.
Airbus A380 — dünyanın ən iri sərnişin təyyarəsidir. Təyyarə 850 sərnişin tutumuna malikdir.
Muxalifet2 - 6-10-2017
Bakıda mənzildə meyit tapılıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Muxalifet.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Onlar mənzilin qapısını açıblar və 1967-ci il təvəllüdlü Rubakova Valentina Vladimirovnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Muxalifet2 - 6-10-2017
İrandan Azərbaycanla bağlı açıqlama: Əleyhinəyik
İran Azərbaycan da daxil olmaqla regiondakı dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin sərhədlərinin dəyişməsinin əleyhinədir.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Seyid Məhəmməd Kazım Səccadpur deyib.
Nazir müavini qeyd edib ki, rəsmi Tehran ilə rəsmi Bakı arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir və bu hər iki dövlətin maraqlarını əks etdirir. Qarşılıqlı faydalı əməkdaşlığın böyük perspektivi var. İran qonşuları ilə əlaqələrini genişləndirməyi xarici siyasətinin prioritet istiqaməti hesab edir.Muxalifet2 - 6-10-2017
Farslardan “Ölüm olsun türkə” şüarı – Video
Tehranın Azadi stadionunda paytaxt komandası “Perspolis”in tərəfdarları “Ölüm olsun türkə” şüarı səsləndiriblər.
Muxalifet.az xarici mediaya istinadla xəbər verir ki, görüntülər sosial mediada paylaşılıb.
Həmin videonu təqdim edirik:
Muxalifet2 - 6-10-2017
Если массовое убийство совершил немусульманин, его не могут назвать террористом
64-летний Стивен Паддок (Stephen Paddock) открыл огонь из автоматического оружия с 32-го этажа гостиницы в Лас-Вегасе по участникам концерта на открытом воздухе, в результате чего 58 человек погибли, 500 человек пострадали. Если бы он был мусульманином, все американские СМИ охарактеризовали бы его «террористом». При этом никто не выяснял бы, связан ли он на самом деле с какой-нибудь террористической организацией.
Muxalifet3 - 6-10-2017
"Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir" — POLİTOLOQ RƏYİ
Muxalifet.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Ərdoğanın səfərinin vaxtının hələlik məlum olmadığını bildirib. Türk səfirin sözlərinə görə, prezidentin yaxın zamanda Azərbaycana səfəri gözlənilir: “Bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Azərbaycana səfərin tarixi tam müəyyənləşməsə də, səfərin yaxın zamanlarda olacağı bəllidir”.
Muxalifet2 - 6-10-2017
Bakıda 50 qəpiyə xarici dil öyrədilir - VİDEO
Bakıda bir müəllimə 50 qəpiyə fransız dili öyrədir.
Muxalifet.az-ın məlumatına görə, Aysel Novruz adlı fransız dili müəlliməsi maraqlı təşəbbüslə çıxış edib. 32 yaşlı qadın, "Facebook" sosial şəbəkəsindəki izləyicilərinə fransız dili öyrətmək qərarına gəlib. O, virtual dostlarına öz minnətdarlığını bildirmək üçün belə bir addım atdığını deyir.
Təhsilini Fransada alan qadın, ona köməklik edənlərlə yanaşı, 15 mindən çox izləyicisinə də 50 qəpiyə dil öyrətmək qərarına gəlib. Xidmət qarşılığında alacağı qəpiyi isə simvolik olaraq seçib.Muxalifet3 - 7-10-2017
Bakıda 9 bal gücündə zəlzələ baş verə bilər - VİDEO
Bakıda 8-9 bal gücündə zəlzələ baş verə bilər.
Muxalifet.az-ın məlumatına görə, Respublika Seysmoloji Xidmət Mərkəzinin alimləri Səbail rayonunun seysmik risklərini tədqiq edərkən bu qənaətə gəliblər.
Mərkəzin şöbə müdiri Tahir Məmmədlinin sözlərinə görə, Azərbaycanda indiyə qədər baş verən zəlzələlərin heç biri 7 baldan yuxarı olmayıb.
Tədqiqatlar zamanı o da məlum olub ki, paytaxtın seysmoloji baxımdan ən aktiv zonası Səbail rayonunun "20-ci sahə" və "Bayıl yamacı" adlandırılan əraziləridir.Muxalifet3 - 7-10-2017
Azərbaycandan gedən "xozeyinə" görə Dağıstanda qarşıdurma yarandı, avtomatlardan atəş açıldı
Mahaçqala şəhərinin yaxınlığında yerləşən Krasnoarmeyski qəsəbəsində dramatik hadisələr yaşanıb. Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, yerli sakinlər dövlətin yaşayış məntəqəsi üçün ayırdığı torpaq sahəsi üstündə yerli hakimiyyətlə davaya qalxıb. Əhalinin fikrincə, məmurlar həmin torpağı öz adlarına qeydiyyatdan keçiriblər.
Muxalifet3 - 7-10-2017
Türkiyə İslandiyaya 0:3 hesabı ilə məğlub oldu - YENİLƏNDİ
Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
Muxalifet.az xəbər verir ki, 9-cu turun ikinci oyun günündə D, G və I qrupunun iştirakçıları meydana çıxıb.Muxalifet3 - 7-10-2017
45 yaşlı kişi bıçaqlandı - BAKIDA
Bakıda 45 yaşlı kişiyə naməlum şəraitdə bir neçə bıçaq zərbəsi vurulub.
Bıçaqlanma hadisəsi Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 45 yaşlı Cabbarov Valeh Rəhbər oğlu tanımadığı şəxs tərəfindən naməlum şəraitdə bir neçə bıçaq xəsarəti alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.Muxalifet2 - 7-10-2017
Bakıda zəncirvari qəza olub, XƏSARƏT ALANLAR VAR
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə Nəsimi rayonunda qeydə alınıb.Muxalifet2 - 7-10-2017
Trampın İranla bağlı qərarı necə olacaq? - TARİX AÇIQLANDI
“ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verə bilməz”.
Prezident Donald Tramp “Ağ ev”də hərbi qurum rəhbərləriylə görüşündə belə açıqlama ilə çıxış edib. Bu barədə metbuat.az məlumat yayıb.
O hesab edir ki, Tehran nüvə anlaşmasına sadiq deyil. İran hakimiyyətini terroru dəstəkləməkdə ittiham edən Tramp, əsas məqsədinin Tehranın nüvə ambisiyalarına son qoymaq olduğunu bildirib.Muxalifet2 - 7-10-2017
ABŞ kəşfiyyatçıları: Kim Conq Un "çox rasionaldır"
Kim Conq Unun təkrar-təkrar provokasiyalarına və ABŞ-la qızğın ritorikaya girməsinə baxmayaraq Amerikanın yüksək rütbəli kəşfiyyat rəsmiləri Şimali Koreya liderinin kifayət qədər rasional olduğunu düşünür.
“Kim Conq Un çox rasional fiqurdur," Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) Koreya Mərkəzi rəhbərinin assistenti deyir.
Kim Conq Un bütün avtoritar liderlərin istədiyini istəyir – uzun müddət hakimiyyətdə qalmaq və öz yatağında rahat ölmək.Muxalifet2 - 7-10-2017
Hacıqabulda EV YANDI
Hacıqabulda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Hacıqabul rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında ev əşyaları 4 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.Muxalifet2 - 7-10-2017
İŞİD lideri Bağdadi sağdır - PENTAQON
ABŞ-ın Müdafiə Nazirliyi İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin sağ olduğunu təsdiqləyib.
Pentaqondan mətbuata verilən məlumata görə, bir neçə həftə əvvəl yayılmış səs yazısı qruplaşma liderinə məxsusdur. Lakin səs qeydinin harda lentə alındığı məlum deyil.
Qeyd edək ki, Bağdadi 46 dəqiqəlik həmin səs yazısında Suriyada təhlükəsizlik bölgələrinin yaradılmasına və Astana danışıqlarına münasibət bildirmiş, Qərbin ünvanına təhddidlər yağdırmışdı.Muxalifet2 - 7-10-2017
21 yaşlı gənc qollarını doğradı - İNTİARA CƏHD
Çoxlu qan itirən şəxs xəstəxanaya yerləşdirilib
Bakıda gənc oğlan sevdiyi qıza görə qolunu kəsərək intihara cəhd göstərib.
Hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, "Torqoviy" kimi tanınan ərazidə, yəni Nizami küçəsində 1996-ci il təvəllüdlü Ağayev Hacıbaba Əlibala oğlu işlədiyi obyektdə qolunu bir neçə yerdən kəsib. Çoxlu qan itirən şəxs xəstəxanaya yerləşdirilib.
H. Ağayev Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına ilkin ifadəsində sevdiyi qızla ayrılığa dözməyərək intihara cəhd etdiyini bildirib.Muxalifet - 7-10-2017
Meksikada hərbi helikopter qəzaya uğrayıb: 7 ÖLÜ, 1 YARALI
Meksikanın Duranqo ştatında "Bell 412" hərbi helikopter qəzaya uğrayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 6 nəfər həlak olub, 1 nəfər isə ağır yaralanıb.
Qəzanın səbəbi hələlik məlum deyil.Muxalifet2 - 7-10-2017
33 yaşlı kişiyə 7 bıçaq vurulub – BAKIDA
O, bildirib ki, yuxulu vəziyyətdə bıçaqlanıb
Bakıda orta yaşlı kişiyə 7 bıçaq zərbəsi vurulub.
Bıçaqlanma hadisəsi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində naməlum şəxs tərəfindən 1984-cü il təvəllüdlü Məmmədov Yusif Lətif oğlunun boyun və bədən nahiyəsinə ümumilikdə 7 bıçaq zərbəsi vurulub.Muxalifet - 7-10-2017
Xızıda ağır yol qəzası: ölənlər və yaralananlar var
Hadisə zamanı daha iki nəfər ağır xəsarət alıb
Bakı-Quba şosesinin Xızı rayonundan keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Mercedes" markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb.
Hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərin hər ikisi Rusiya vətəndaşıdır. Qəza zamanı ölənlərdən biri 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlu, digəri isə 1971-ci il təvəllüdlü Nağıyeva Elnarə Zaman qızıdır.Muxalifet - 7-10-2017