Baş nazirinin müavini yol qəzasında ÖLDÜ

Qırğızıstan Baş nazirinin müavini Temir Cumakadırov yol qəzası nəticəsində ölüb.
Trend-in məlumatına görə, onun olduğu avtomobil KamAZ-la toqquşub.
Qəza nəticəsində T.Cumakadırovun köməkçisi və sürücüsü də həlak oub.
Yük maşınının sürücüsü xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri aydınlaşdırılır.