33 yaşlı kişiyə 7 bıçaq vurulub – BAKIDA

O, bildirib ki, yuxulu vəziyyətdə bıçaqlanıb
 
Bakıda orta yaşlı kişiyə 7 bıçaq zərbəsi vurulub.
Bıçaqlanma hadisəsi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində naməlum şəxs tərəfindən 1984-cü il təvəllüdlü Məmmədov Yusif Lətif oğlunun boyun və bədən nahiyəsinə ümumilikdə 7 bıçaq zərbəsi vurulub.
Yaralı xəstəxanaya yerləşdirilib. O, tibbi əməliyyatdan sonra Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına ilkin ifadəsində bildirib ki, taksidə evə gedərkən yuxulayıb. Yuxulu vəziyyətdə də bıçaqlanıb. Ancaq polis onun bu ifadəsinin doğruluğunu təsdiqləmir.
Faktla bağlı araşdırma aparılır.