​Həmsədrlər İrəvanda Sərkisyanla görüşdü

 
Ermənistan prezidenti Serj Sərkisyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Endryu Şoferi (ABŞ) və Stefan Viskontini (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşiki qəbul edib.
Muxalifet.az-ın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə prosesin irəliləyişi imkanları və Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili məsələləri müzakirə edilib. Həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunub.
Görüş iştirakçıları tərəflərin münaqişənin sülh yolu ilə nizamlanmasına yönəldilmiş öhdəliklərə sadiqliyinin zəruriliyini vurğulayıblar.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 7 -də Bakıda rəsmi görüşəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sərkisyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.