Dünya çempionatı QƏTƏRİN ƏLİNDƏN ALINA BİLƏR

Futbol üzrə 2022-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatı qonşu dövlətlərlə yaşanan konfliktlər səbəbindən rəsmi Dohadan alına bilər.
Bu barədə BBC informasiya yayıb.
Məlumata görə, belə bir qərarın qəbul edilməsinə Səudiyyə Ərəbistanı, Yəmən, BƏƏ, Misir, Bəhreyn və Mavritaniyanın FİFA-ya göndərdiyi məktub səbəb ola bilər.
Sənəddə Qətərdə Dünya çempionatı üçün 200 milyard dollar dəyərində infrastruktur formalaşdırılması sahəsində fəaliyyət göstərən tikinti şirkətlərinin fəaliyyətinə böyük risk yarandığı barədə xəbərdarlıq da yer alıb.