Putin Qorodetskini də İŞDƏN ÇIXARTDI
6-10-2017 16:21

Vladimir Putin Novosibirsk qubernatoru Vladimir Qorodetskini vəzifəsindən azad edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qubernator öz istəyi ilə vəzifəsindən kənarlaşdırılıb. Onun səlahiyyətləri isə müvəqqəti olaraq Andrey Travnikova tapşırıb.
Qeyd edək ki, son günlər Rusiyada qubernatorların yeni kütləvi istefa dalğası başlayıb. Qorodetski son 2 həftə ərzində istefaya göndərilən 5-ci qubernatordur.