İki bacını avtomobil vurdu - MƏRDƏKANDA
5-10-2017 23:38

Bakının Xəzər rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində iki bacı – 1991-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Hacıağa qızı və 1994-cü il təvəllüdlü Əliyeva Gülnaz Hacıağa qızı yolu keçmək istəyən zaman baş verib.
Qəzanı minik avtomobili törədib. Yaralılar “təcili yardım” vasitəsi ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.
Hadisəni törədən sürücü Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır.