Goranboyda yol qəzası - Xəsarət alanlar var
5-10-2017 21:52

Goranboy rayonunda yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xan Qərvənd kəndində qeydə alınıb.
Belə ki, yüksək sürətdə hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin digər maşınla toqquşması nəticəsində iki nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı daha iki nəfər isə yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.