​Son 3 ayda yol qəzalarında ölənlərin sayı açıqlandı

Son 3 ayda (iyul, avqust, sentyabr) respublikanın avtomobil yollarında 382 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, yol qəzalarında 229 nəfər ölüb, 567 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, 2017-ci ilin 6 ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 315 nəfər həlak olub, 832 nəfər yaralanıb.