341 İŞİD-çini öldürən snayper həlak oldu

İraqda gedən döyüşlərdə yüzlərə İŞİD-çini məhv edən snayper Əbu Təhsin əs-Salehi həlak olub.
Bu haqda İraqdakı şiə yaraqlı birləşməsi "Əl-Həşd əş-Şaibi" məlumat yayıb. Snayper həmin qruplaşmanın üzvü olub.
Bildirilir ki, Əbu Təhsin İraqın şimalında yerləşən Əl-Həvicə şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. Sosial şəbəkə istifadəçiləri snayperin öz döyüş yoldaşı ilə söhbətinin videokadrlarını yayıblar. Orada döyüşçü yoldaşı Əbu Təhsindən nə qədər İŞİD-çi öldürdüyünü soruşur. "341"-deyə o cavab verir.
Əbu Təhsin yüzlərlə İŞİD-çini məhv etdiyinə görə ona "Snayperlərin Şeyxi", "Qartalgöz" və "İŞİD-çi ovçusu" kimi ləqəblər verilib. Əbu Təhsin doğulduğu Bəsra şəhərində dəfn olunub Onun dəfnində İraq şiələrinin lideri ayətullah Əli əs-Sistani də iştirak edib. Əbu Təhsin əs-Salehi əvvəllər İraq ordusunda xidmət edib və 1973-cü ildən etibarən Bağdadın apardığı bütün müharibələrə qatılıb.