"Kiyevdə hakimiyyəti dəyişəcəm" - Saakaşvili
1-10-2017 10:05

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə hakimiyyəti dəyişmək niyyətindədir.
UNİAN xəbər verir ki, Saakaşvili bu barədə dünən Odessada keçirdiyi mitinqdə bildirib.
"Kiyevdə hakimiyyəti dəyişmək istəyirəm. Ona görə ki, onlar mənə Odessanı dəyişməyə mane oldular", - Saakaşvili bildirib./teleqraf.com