Axtarış
The search found 105785 results in 0.105 seconds.
Search results
ABŞ hüquq müdafiəçiləri Trampı MƏHKƏMƏYƏ VERƏCƏK
ABŞ-ın Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqı (ACLU) prezident Donald Trampın imzaladığı son miqrasiya fərmanı ilə əlaqədar ölkə başçısına qarşı məhkəmə iddiası qaldıracaqlar.
Reutersin verdiyi xəbərə görə, bu barədə ACLU-nun yaydığı bəyanatda bildirilir.
Sentyabrın 25-də Tramp 8 ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan edən fərman imzalayıb.
Fərmanla KXDR, Venesuela, Çad, İran, Suriya, Somali, Venesuela və Yəmən vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulub.
Oktyabrın 18-dən etibarən qüvvəyə minən fərmanın müddətsiz olduğu bildirilir.Muxalifet2 - 30-09-2017
İspaniya hökuməti: Kataloniyada müstəqillik referendumu olmayacaq
İspaniya hökuməti bildirir ki, bazar günü Kataloniyanın müstəqilliyi üzərində referendum olmayacaq. Halbuki regional hökumət referendum üçün hazırlıqları davam etdirir.
İspaniya Mədəniyyət Naziri İniqo Mendez de Viqo bildirib ki, müstəqillik üzərində səsvermə İspaniya qanunlarına ziddir və hökumət səsvermənin nəticələrini qəbul etməyəcək.Bu, İspaniya problemidir.
izim edə biləcəyimiz çox az şey var.
Antonio Tajani, Avropa Parlamentinin PrezidentiMuxalifet2 - 30-09-2017
Minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb - HACIQABULDA
Hadisə Bakı-Qazax yolunun rayonun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb
Hacıqabulda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax magistralının rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Muxalifet2 - 30-09-2017
ABŞ və Cənubi Koreya birgə HHM TƏLİMLƏRİ KEÇİRİB
Vaşinqton və Seul Koreya yarımadasında hava hücumundan müdafiə üzrə ilk birgə təlimlər keçiriblər.
Bu barədə ABŞ-ın Sakit okean komandanlığı məlumat yayıb.
Hərbi təlimlərə Amerikanın 52-ci hava diviziyası artilleriya alayının 6-ci batalyonunun əsgərləri və Cənubi Koreya hərbçiləri cəlb olunub.Muxalifet2 - 30-09-2017
Ukrayna: Silah anbarını bu ölkə partladıb - DİVERSİYA
Ukraynanın Vinnitsa vilayətindəki hərbi anbarda partlayış diversantların yerləşdirdiyi detonator sayəsində baş tutub.
Bunu “İnter” televiziyasına açıqlamasında Ukrayna Baş prokuroru Yuri Lutsenko söyləyib.Muxalifet2 - 30-09-2017
Azərbaycanda məhkəmə HAKİMİ VƏFAT ETDİ
Bakı Apellyasiya Məhkəməsinin hakimi, məhkəmənin Mülki kollegiyanın sədri vəzifəsini icra edən Mehti Əsədov vəfat edib.
Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Mehti Fəyyaz oğlu Əsədov 1961-ci ildə anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.Muxalifet2 - 30-09-2017
Ermənistan atəşkəsi 158 DƏFƏ POZUB
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 158 dəfə pozub.
Muxalifet2 - 30-09-2017
Azərbaycanlı hakimin I kateqoriyaya yüksəlməsinə Kollina icazə verməyib
Xaqani Məmmədov: FİFA Hakimlər Komitəsinin üzvləri bunun əleyhinə deyildilər
“Əliyar Ağayevin FİFA-da I kateqoriyaya yüksəlməsi 2018-ci ilin yayında mümkündür”. Bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.Muxalifet - 30-09-2017
Azərbaycanda fərarilik cinayətləri azalıb - 66,7 faiz
2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə Azərbaycanda fərarilik cinayəti 66,7 faiz azalıb.
Bu, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin "Xalq qəzetində" dərc edilən məqaləsində qeyd edilib.
X.Vəliyev bildirib ki, orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalmışdır:Muxalifet2 - 30-09-2017
Avtomobil ayı ilə toqquşdu: 3 nəfər öldü – ABŞ-da
ABŞ-ın mərkəzi hissəsində yerləşən Kolorado ştatındakı yollardan birində furqonun ayını vurması nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
NBC telekanalı xəbər verir ki, qəza nəticəsində ölənlərdən ikisi uşaqdır.
Furqonda olan daha bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.Muxalifet - 30-09-2017
Vəkilin İlqar Məmmədovla görüşünə icazə verilməyib
Sentyabrın 29-da 2 saylı Cəzaçəkmə Müəssisəsində vəkil Fuad Ağayevin müvəkkili REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşünə icazə verilməyib.
Vəkil "Amerikanın Səsi"nə bildirib ki, vəsiqəsini təqdim etdikdən sonra onu 50 dəqiqəyə yaxın gözlədiblər. Daha sonra sənədləri qaytarıblar və vəkil otağının məşğul olduğunu bildiriblər, bazar ertəsi gəlməyi tövsiyə ediblər. Vəkilin görüş üçün başqa otaq vermək təklifinə cəzaçəkmə müəssisəsinin rəhbərliyi cavab verməyib.Muxalifet2 - 30-09-2017
8 nəfər işdən azad olunub - PROKURORLUQDA
Ötən bir il ərzində prokurorluq orqanlarının 59 işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 40 nəfərə töhmət və şiddətli töhmət verilib.
Bunu baş prokuror Zakir Qaralov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildiirb.
Onun sözlərinə görə, 3 nəfər aşağı vəzifəyə keçirilib, 8 nəfər vəzifədən azad edilib, 4 nəfər prokurorluq orqanlarından xaric olunub, 4 nəfərə isə irad tutulub.Muxalifet - 30-09-2017
Ermənilər dünyanın qarşı çıxdığı referendumu DƏSTƏKLƏYİR
İraq Kürdüstanında 4000 erməni yaşayır. Onlardan 650-i səs vermək hüququna malikdir.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə İraq Kürdüstanı parlamentinin erməni deputatı Aram Şahin Bakoyan İstanbulda "Agos" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, erməni seçicilərin əksəriyyəti referenduma "hə" deyib.Muxalifet2 - 30-09-2017
Gecə döyüşləri: TÜRKİYƏ 4 ŞƏHİD VERDİ
Türkiyə Silahlı Qüvvələrinin Ağrı vilayətində PKK-ya qarşı təşkil etdiyi əməliyyat zamanı şiddətli döyüş baş verib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, atışma nəticəsində 2 türk əsgəri və 2 təhlükəsizlik əməkdaşı şəhid olub, 8-i yaralanıb.
Əməliyyatda xeyli terrorçunun məhv edildiyi, çox sayda silah-sursatın ələ keçdiyi bildirilib.Muxalifet2 - 30-09-2017
Zəlzələ qurbanlarının sayı 345-ə ÇATDI
Meksikada baş verən zəlzələ nəticəsində qurbanların sayı artıb.
Bu barədə respublikanın mülki müdafiə qüvvələrinin milli əlaqələndiricisi Luis Felipe Puente bildirib.
Onun sözlərinə görə, 345 nəfər güclü zəlzələ nəticəsində həlak olub. Ölənlərin əksəriyyəti Mexiko ştatının sakinləridir. Hazırda 38 şəhərdə xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, Meksikanın Milli Seysmologiya Mərkəzinin məlumatına əsasan 7,1 bal gücündə zəlzələnin episentri paytaxt Mexikodan 111 km cənubda yerləşib.Muxalifet2 - 30-09-2017
Türkiyənin erməni deputatı BƏRZANİNİ MÜDAFİƏ ETDİ
Türkiyə millət vəkili Karo Paylan İraq Kürdistandakı referendumdan sonra Türkiyənin küçələrindən birində asılmış Bərzani əleyhdarı posterlə bağlı qeyd yazıb.
Bu qeydini öz Tvitter səhifəsində yerləşdirib.
“Siz nifrətə yol açan bu poster üçün şərh tələb edirsinizmi?" – deyə o qeydində bildirib.
Qeyd edək ki, posterdə "Bərzaninin yəhudi kökləri var. Biz sənin kim olduğunu bilirik. Sənin əsas məsələn Kürdütan deyil, böyük İsraildir" ifadələri yer alıb.Muxalifet2 - 30-09-2017
Zakir Qaralov: "Turan" agentliyinin fəaliyyətinə hər hansı məhdudiyyət yoxdur"
"Turan İnformasiya Agentliyinin fəaliyyətinə hər hansı bir məhdudiyyət yoxdur".
Bunu bu gün jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.
Baş prokuror deyib ki, istənilən vergi ödəyicisi vergi qanunvericiliyinin tələbini pozmamalıdır.Muxalifet2 - 30-09-2017
Məzahir Pənahov maşınları SATIŞA ÇIXARTDI
Əmlak Məsələləri Dövlət Komitəsi Mərkəzi Seçki Komissiyasının balansında olan avtomobilləri hərraca çıxarıb.
Komitədən verilən məlumata görə, növbəti hərrac 31 oktyabr tarixində keçiriləcək. Hərracda Mərkəzi Seçki Komissiyasının 2 avtomobili özəlləşdirməyə təqdim edilib. Komissiyasının təqdim etdiyi 1995-ci ilin “Volksvagen Polo” avtomobili artıq 3-cü dəfədir ki, hərraca çıxarılıb. Bundan öncəki hərraclarda satılmyan avtomobil bu dəfə 10% endirimlə təkrar hərracdadır. Avtomobilin ilkin satış qiyməti isə 1600 manatdır.Muxalifet2 - 30-09-2017
Ordudakı casus şəbəkəsi haqda açıqlama
Azərbaycanda hərbçi və mülki şəxslərdən ibarət casus qrupu Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən ifşa olunub.
Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib. Onun sözlərinə görə, bununla bağlı Respublika Hərbi Prokurorluğu cinayət işinin istintaqını davam etdirir.
Baş prokurorun sözlərinə görə, bu ilin axırına qədər cinayət işinin istintaqı yekunlaşacaq.
Muxalifet2 - 30-09-2017
BRENT NEFTİ UCUZLAŞDI
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar və ya 0,21% artaraq 51,67 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,37 dollar və ya 0,65% azalaraq 56,79 dollar olub.Muxalifet2 - 30-09-2017