"Müxalifət xarici havadarlarından pul alıb Azərbaycana gətirmək istəyir" – Baş prokuror
30-09-2017 10:44

Zakir Qaralov: Biz də bunun qarşısını alırıq
"Qarşıda məhkəmə prosesləri var. Ona görə bunu şərh etmək istəməzdim".
Bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.
"Biz dəfələrlə bəyan etmişik ki, özlərini müxalifət adlandıran Qeyri-Hökumət Təşkilatları, müxtəlif qəzetlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Öz fəaliyyətlərində istər vergi, istərsə də gömrük qanunvericiliyinin tələblərini pozmalı deyillər. Müxalifət, Qeyri-Hökumət Təşkilatları öz xarici havadarlarından ölkə daxilində pul ala bilmədiklərindən həmin pulu digər ölkələrdə əldə edərək Azərbaycana gətirmək istəyirlər. Biz də bunun qarşısını alırıq".