İdlib bombalandı: 28 ölü - FOTO
30-09-2017 12:26

Suriyanın İdlib şəhərində müxalifətçilərə qarşı hava hücumu təşkil edilib.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, bombalı hücumlar nəticəsində 28 nəfər həlak olub, çox sayda insan yaralanıb.
Ölən və yaralananların əksəriyyətini azyaşlılar təşkil edir. Yaralananlar ətraf ərazilərdəki xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, Türkiyə, Rusiya və İranın iştirakı ilə Qazaxıstanın paytaxtı Astanada təşkil edilən görüşlərdə İdlib şəhəri atəşkəs bölgəsi elan edilmişdi.