Myanmanı 500 min nəfərdən çox müsəlman TƏRK ETDİ
30-09-2017 11:51

Kütləvi toqquşmalar nəticəsində Myanmadan Banqladeşə qaçan Rohingya müsəlmanlarının sayı 500 min nəfəri ötüb.
"Associated Press" xəbər verir ki, bu barədə BMT-nin bəyanatında bildirilir.
"Myanmada başlayan kütləvi qarşıdurmalardan 5 həftə sonra BMT bəyan edir ki, Banqladeşə gələn qaçqınların ümumi sayı 500 min nəfəri ötüb", - deyə məlumatda qeyd olunur.