ABŞ-ın Bərzaniyə 3 illik təklifi ortaya çıxdı - Detallar
29-09-2017 20:01

ABŞ-ın müstəqillik referendumunun təxirə salması müqabilində İraq Kürd Muxtariyyətinin rəhbərliyinə təklifinin detalları ortaya çıxıb.
"Vaşinqton Post" qəzetinin yazarı Devid İqnatius məqaləsində sözügedən təklifin detallarını yazıb.
Bərzaniyə 3 illik yol xəritəsi təklif edilib. Həmin yol xəritəsinin detallarını təqdim edirik:
-Müzakirələr BMT-nin vasitəçiliyi ilə keçirilsin;
-Ərbil ilə Bağdad arasında bütün münaqişə məsələləri maddə-maddə ələ alınsın;
-Həmçinin yol xəritəsində müstəqilliklə bağlı təklif də yer alıb.