"Məndən 20 gün möhlət istəyirlər ki..." - SAAKAŞVİLİ
29-09-2017 19:00

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından rəsmən çıxarılacağı tarixi açıqlayıb.
Muxalifet.az xəbər verir ki, o, bununla bağlı Feysbuk hesabında məlumat verib.
Saakaşvili bildirib ki, Ukrayna Prezident Administrasiyası ondan 20 gün möhlət istəyib:
“Mən Sentyabrın 19-da Administrasiyaya sənədlərlə bağlı müraciət etmişəm. 10 gün keçib. Administrasiya daha 20 gün möhlət istədi ki, vətəndaşlıqdan çıxarılmamla bağlı sənədləri mənə təqdim etsinlər. Görün onlar başqa vətəndaşlarla nə edirlər. Bildirirlər ki, bundan sonra mən məhkəməyə müraciət edə bilərəm”.