"Ukrayna dəyişməsə, parçalanmağa davam edəcək" - SAAKAŞVİLİ
28-09-2017 16:36

Əgər Ukrayna dəyişməsə, parçalanmağa davam edəcək.
Muxalifet.az xəbər verir ki, bunu “Deyli Teleqraf” qəzetinə müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.
“Şərqə doğru getdikcə Rusiya ilə artıq ticarət apara bilməyən şəhərlərin bərbad vəziyyətdə olduğunu görürsən. Onların heç bir perspektivi yoxdur. Onlar tunelin sonunda işıq görmürlər. Əgər iqtisadi artım indiki səviyyədə qalsa, Ukrayna şərqdə və cənubda daha çox torpaq itirməyə məruz qalacaq”, – deyə o bildirib.