Dələduzluq edən QARDAŞLAR TUTULDU

Sumqayıtda dələduzluqla məşğul olan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin saytının xəbərinə görə, Sumqayıt ŞPİ 3-cü PB-nin əməkdaşları tərəfindən dələduzluq yolu ilə şəhər sakini Sədaqət Əvəzovanı aldadaraq 4600 manat pulunu almaqda şübhəli bilinən İmran Cəbrayılov tutulub.
Ətrafında aparılan əməliyyat-istintaq tədbirləri ilə onun qardaşı Habil ilə birgə cari ilin mart ayının 3-də Ağaqədir Mahmudovu aldadaraq 8000 manat pulunu almaları da müəyyən edilib. Araşdırmalar davam etdirilir.