​Düyü baş nazirin başına bəla oldu: 5 il HƏBS QƏRARI

Vətənində 5 il həbs cəzasına məhkum edildiyi üçün ölkədən qaçan sabiq baş nazirin yeri bəlli olub.
Bu barədə Taylandın hazırki baş naziri Parayut Çan-Oça məlumat yayıb.
Yinqlak Çinavatın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gizləndiyini deyən baş nazir bildirib ki, axtarış işləri Xarici İşlər Nazirliyi və "İnterpol"a ötürülüb.
Xatırladaq ki, Tailand Ali Məhkəməsi sentyabrın 27-də sabiq baş nazir Yinqlak Çinavat haqqında 5 il həbs qərarı çıxardıb.
O, kənd təsərrüfatı istehsalçılarından düyünün girov alışı üzrə dövlət proqramının reallaşdırılması zamanı səhlənkarlığa yol verməkdə təqsirləndirilir.