Yaponiya parlamenti Kim Çen Ina görə İSTEFAYA GÖNDƏRİLDİ
28-09-2017 10:16

Yaponiya parlamenti vaxtından əvvəl istefaya göndərilib.
“RİA Novosti”i xəbər verir ki, parlamentin aşağı palatasının istefaya göndərilməsinə səbəb Şimali Koreyanın nüvə-raket təhdididir.
“Bu, Yaponiyanı, vətəndaşların dinc yaşayışını necə qorunmalı olduğunu cavablandıracaq seçkilər olacaq”, - deyə Yaponiyanın baş naziri Sindzo Abe bildirib.
Onun sözlərinə görə, palatanın yeni heyəti Yaponiya və yapon gənclərinin gələcəyinə gedən yolu təmizləməlidir.
Qeyd edək ki, deputatların səlahiyyətləri yalnız gələn ilin dekabrında bitməli idi.
Yaponiya müxalifəti isə Sindzo Abenin bu qərarını tənqid edib.