Trampın kürəkəni seçkilərdə qadın kimi qeydiyyata alınıb

Оnun cinsinin nə üçün qadın kimi qeyd edilməsi məlum deyil
 
ABŞ prezidenti Donald Trampın kürəkəni və onun baş məsləhətçisi Cared Kuşner prezident seçkilərində qadın seçici kimi qeydiyyata alınıb.
Bu barədə "Wired" xəbər verib.
Qeyd olunur ki, onun Nyu-Yorkdakı seçici anketinin cins qrafasında qadın yazılıb.
Kuşnerin şəxsi anketində onun cinsinin nə üçün qadın kimi qeyd edilməsi məlum deyil.