"Qarabağ" - "Roma" oyunu 1:2 hesabı ilə başa çatdı -Video
27-09-2017 21:53

“C” qrupunda yer alan Azərbaycanın “Qarabağ” klubu Bakı Olimpiya stadionunda İtaliyanın “Roma” komandasını qəbul edib.
Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İtalyanların heyətində Konstantinos Manolas və Edin Dzeko müvafiq olaraq 7 və 15-ci dəqiqələrdə fərqləniblər. “Qarabağ”ın yeganə qolunu 28-ci dəqiqədə Pedro Enrike vurub.
Bu qrupun digər oyununda İspaniyanın “Atletiko” klubu İngiltərənin “Çelsi” komandasını qəbul edəcək.