Sumqayıtda silahlı şəxs insanlara hücum etdi, iki polisi yaraladı – VİDEO
27-09-2017 19:42

Sumqayıtda silahlı şəxsin insanlara hücum etdiyi bildirilir.
Muxalifet.az criminal.az-a istinadən xəbər verir ki, şahidlərin verdiyi məlumata görə hadisə bu gün ”Cavid” ticarət mərkəzinin yaxınlığında baş verib.
Əlində bıçaq tutmuş şəxs insanlara hucum edib. Onuı zərərsizləşdirmək üçün əraziyə polislər gəlib. Həmin şəxs bıçaqla iki polisi ayağından yaralayıb.
Polislər həmin şəxsləri zərərsizləşdiriblər.