​İstanbulda yağış həyatı iflic etdi - FOTO

Türkiyənin İstanbul şəhərində leysan xarakterli yağış nəqliyyatın hərəkətini iflic edib.
Belə ki, bu gün axşam saatlarında daha da şiddətlənən yağış yollarda gölməçələr əmələ gətirib, avtomobillərin hərəkətini çətinləşdirib. Bu barədə Report məlumat yayıb.
Bir sıra küçələri və yaşayış evlərinin həyətlərini su basıb.