İspaniyada ikinci parçalanma: BASKLAR DA AKTİVLƏŞİR
28-09-2017 08:59

İspaniya xalqlar üçün həbsxanadır.
Bu barədə bəyanatı baskların terror təşkilatı olan ETA yayıb. ETA hazırda İspaniya ilə Bask ölkəsi arasında ayrılığın əvvəlki illərdən daha böyük olduğunu bildirib:
“İspaniya dövləti xalqlar üçün həbsxanadır. Bu, Kataloniya dövlətinin mövcudluğunu rədd edilməsində özünü göstərir. Bu krallıq, həmçinin, demokratiya üçün də həbsxanadır”.
eyd edək ki, ETA terror təşkilatı İspaniyanın şimalı və Fransanın cənub-qərbində Bask dövlətinin qurulması üçün mübarizə aparır. Terror təşkilatı 1959-cu ildə yaradılıb. Bu təşkilatın teraktları nəticəsində indiyə qədər 800 nəfər həlak olub. 2017-ci ilin martında təşkilat silahı yerə qoyduğu haqqında bəyanat yayıb.