Bərzanini küncə sıxışdıracaq 5-li MƏNGƏNƏ - Türkiyə hazırladı

Ankara bütün xəbərdarlıqlara baxmayaraq qeyri-qanuni referendum keçirən İraq Regional Kürd RəhbərliyiNİ (IKBY) küncə sıxışdıracaq 5 mərhələli "izolyasiya stratejisini" müəyyənləşdirdi.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki,Türkiyənin izləyəcəyi strategiyada ən çox diqqət çəkən məqam sanksiyaların xalqa deyil, sadəcə, Ərbil rəhbərliyinə aid olması olacaq. Bu məqamda həssas olan Türkiyə əsas ərzaq və ehtiyac maddələrinin ticarətini məhdudlaşdırmayacaq.
Türkiyənin Ərbil rəhbərliyi üçün müəyyənləşdirdiyi “yox sayma” strategiyasının detalları belədir:
GÖRÜŞ OLMAYACAQ: IKBY rəhbərliyinin görüş tələbləri geri çevriləcək, Bərzani ailəsinin çox təcili görüşmək istəkləri də diqqətə alınmayacaq. Bərzani və qrupunun müxtəlif yollarla "Bu bir Kürd dövləti elan deyil, Türkiyəyə qarşı deyilik" şəklində ötürdüyü mesajları da yox hökmündə sayılacaq. Ərbil rəhbərliyi regional xaosa səbəb olacaq referendum macərasından geri addım atmayınca dinləyici qəbul olunmayacaq.
ANKARA-TEHRAN-BAĞDAD XƏTTİ: Türkiyə, İraq və İran ortaq hərəkət planı hazırlayacaq. Hər bir ölkənin ayrı-ayrılıqda həyata keçirdiyi sanksiyalarla yanaşı ortaq sanksiyalar da dövrəyə girəcək. IKBY-yə qarşı beynəlxalq sahədə intensiv diplomatiya yolu yürüdüləcək.
HAVADA DA MƏHDUDİYYƏT: Ən qısa müddət içində Habur sərhəd qapısı bağlanılacaq. Hazırda yalnız İraq tərəfinə keçidə imkan verilsə də yeni tədbirlərlə giriş-çıxışa icazə verilməyəcək. Bərzani və ailəsinin uçuşunu əngəlləmək üçün Türk hava məkanı məhdudlaşdıracaq. Bütün uçuşlara hava məkanının bağlanması variantı də masada qalacaq.
XALQA DEYİL, ƏRBİLƏ SANKSİYA: IKBY-yə edilən yardımlar kəsiləcək. İqtisadi sanksiyalar regionda xalqın həyatına təsir göstərməyəcək şəkildə dövrəyə soxulacaq. Əsas ərzaq və ehtiyac maddələrinin ticarəti məhdudlaşdırmayacaq. Ancaq Şimali İraqdan Türkiyəyə olan ticarət dövriyyəsi mərhələli olaraq dayandırılacaq. Şimali İraq hazırda ehtiyaclarının 70 faizni Türkiyədən ödəyir. Gələcək mərhələdə neft vannasının azaldılması da gündəmdə olacaq. Türkiyənin lazım saydığı zaman Bağdad mərkəzi idarə ilə razılaşdığı prosesə Şimali İraq nefti Türkiyə torpaqlarında axacaq.
TÜRKMƏNLƏR HƏRBİ MÜDAXİLƏ SƏBƏBİ OLACAQ: Hərbi variant ən son kart kimi masada yer alır. Kərkükdə oldu-bitdi deyə bir şey olmayacaq. Kərkükdəki Türkmən əhalisinin ləğvinə və ya qırğınına yol açacaq bir müdaxilə olarsa, Türkiyə əvvəl Başikadaki bazasını dövrəyə soxacaq. Peşmərgənin öyrədildiyi bazada 500-ə yaxın Türk əsgəri var. İraq daxilində xüsusi quvvvələr daxil 2 minə qədər Türk əsgəri xidmət edir.
Müxalifət.az