Axtarış

The search found 105785 results in 0.03 seconds.

Search results

  1. ​ATV-də 32 nəfər İŞDƏN QOVULDU

    Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin rəhbərliyi bötüvlükdə dəyişdirilib.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, televiziyanın prezidenti Vüqar Qaradağlı, vitse-prezidenti Rauf Dadaşov vəzifədən kənarlaşdırılıblar.
    Kanala CBC telekanalının baş direktoru Azər Xəlilov rəhbərlik edəcək.
    Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli A.Xəlilovu kollektivə təqdim edib.

    Muxalifet2 - 26-09-2017

  2. ​Beynəlxalq Bankın daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır

    "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nərimanov filialının Külli miqdarda mənimsəmədə təqsirləndirilən xəzinədarı Eynal Səfərovun cinayət işi məhkəməyə göndərilib.
    Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclası sentyabrın 27-ə təyin edilib.
    İttihama görə, Səfərov Eynal Ramiz oğlu öz qulluq mövqeyindən istifadə edərək, ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid qəsdlə mənimsəməklə talayıb.

    Muxalifet2 - 26-09-2017

  3. ​İsrailin təhlükəsilik qüvvələrinə silahlı hücum oldu

    İsrail polisinin bildirdiyinə görə, bu gün Qüds yaxınlığındakı qəsəbəyə edilən silahlı hücum zamanı İsrail təhlükəsizlik qüvvələrinin 3 işçisi öldürülüb.
    Rəsmilər Had-Adar qəsəbəsinə edilən hücum zamanı təhlükəsizlik qüvvələrindən birinin də yaralandığını bildirib.
    Polis sözçüsü verdiyi açıqlamada deyib ki, hücumçu fələstinli işçilərlə birlikdə sərhəd-keçid məntəqəsinə saxil olub və bundan sonra atəş açmağa başlayıb.
    Silahlı şəxs hadisə yerindəki digər təhlükəsilik qüvvələri tərəfindən öldürülüb.

    Muxalifet2 - 26-09-2017

  4. ​Birləşmiş Ştatlar Cocuq Mərcanlıda icmalara yardim edir

    ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanın Cəbrayıl rayonun Cocuq Mərcanli kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqrama başlayıb.
    ABŞ-ın Azərbaycandakı səfirliyi və USAİD-nin mətbuat üçün açıqlamasında deyilir ki, ABŞ-ın Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-ın Missiya Rəhbəri Mikaela Meredisin kəndə etdiyi səfərdən sonra mümkün olub.

    Muxalifet2 - 26-09-2017

  5. ​Bu radioların rəhbəri də işdən qovuldu

    Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin nəzdində fəaliyyət göstərən 106 FM, 106.3 FM radiolarının rəhbəri Arzu Cəfərova da kanaldan uzaqlaşdırılıb.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, A.Cəfərova ilə yanaşı, müavinləri də telekanalı tərk etiblər.

    Muxalifet2 - 26-09-2017

  6. ​Kürd şöbə müdirindən sensasion açıqlamalar:"İşdən çıxarsalar, pasportumu da yandıraram…"

    "Kürdlər referendum keçirdilər. Bunun nəyi pisdir? Xalq "Hə” desəydi də, "Yox” desəydi də, münasibətim elə olacaqdı. Çünki bu, silah gücünə olmadı. Demokratik, sivil yolla olan hər bir seçkini dəstəkləyirəm. Bunu alqışlamaq lazımdır".
    Muxalifet.az xəbər verir ki, bu fikirləri unikal.org-a açıqlamasında Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev deyib.

    Muxalifet3 - 26-09-2017

  7. ​Azərbaycanın bayrağı, himni və gerbi müzakirəyə çıxarılır – DƏYİŞİKLİKLƏR GÖZLƏNİLİR

    Azərbaycanın dövlət bayrağı, dövlət himni və dövlət gerbi ilə bağlı Konstitusiya qanunlarına dəyişiklik müzakirəyə çıxarılacaq.
    Bununla bağlı məsələlər Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.
    İşlər planında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanun layihələrinə əlavə və dəyişikliklərin müzakirəsi yer alıb.
    Layihələrin məzmunu hələlik açıqlanmayıb.

    Muxalifet3 - 26-09-2017

  8. ​“Minsk qrupunun tərkibinə yenidən baxıla bilər”

    ​Gələn il ATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla əlaqədar, Minsk qrupunun tərkibinə yenidən baxıla bilər.
    Bu fikri sentyabrın 26-da ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Milli Məclisdə təmsil olunan partiya rəhbərləri ilə görüşdə səsləndirib.

    Muxalifet2 - 26-09-2017

  9. 15 yaşlı qızı maşın vurdu - ​GƏNCƏDƏ

    Gəncədə avtomobil piyadanı vurub.
    Hadisə günorta saatlarında M. Abbaszadə küçəsində qeydə alınıb. Şəhər sakini, 2002-ci il təvəllüdlü Aydan Rzayeva yolu keçərkən “Mercedes” markalı avtomobillə vurulub.
    Xəsarət alan piyada Gəncə şəhər Təcili tibbi yardım xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

    Muxalifet2 - 26-09-2017

  10. ​Almaniyadan gözlənilməz istefa xəbəri - 3-cü YERİ QƏBUL ETMƏDİ...

    Almaniya üçün Alternativ Partiyasının sədri Frauke Petri tutduğu vəzifədən istefa verib.
    Muxalifət.az xəbər verir ki, Almaniyada keçirilən parlament seçkilərində ən çox səs toplayan 3-cü siyasi partiya olan Almaniya üçün Alternativ Partiyasının sədrinin istefaya getməsi ölkədə təəccüblə qarşılanıb.
    Qeyd edək ki, bir qədər əvvəl Almaniya üçün Alternativ Partiyasının parlamentdə təmsil olunmaq haqqı əldə etməsi ilə əlaqədar Berlin şəhərində etiraz mitinqləri baş tutmuşdu.

    Muxalifet2 - 26-09-2017

  11. İcra başçısından kürd şöbə müdirinin açıqlamalarına reaksiya:"Barəsində ölçü götürüləcək”

    Ərazisi işğal olunmuş Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən status və fotolar paylaşması, rəsmən kürdlərin lideri Məsud Bərzaninin tərəfini saxlaması ictimiayyət tərəfindən böyük narazılıqla qarşılanıb.
    Rəsmi qurumda çalışan məmurun separatçı rejimə dəstək verən paylaşımları bir anda bütün izləyicilər tərəfindən tənqidlərə məruz qalıb.

    Muxalifet3 - 26-09-2017

  12. ​Hakimiyyət nümayəndəsinin tələbinə tabe olmayanlar cəzalandırılacaq –YENİ QANUN

    Azərbaycanda hakimiyyət nümayəndəsinin tələbinə tabe olmayanlara yeni cəza tətbiq olunacaq.
    Bununla bağı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsində dəyişiklik edilir.

    Muxalifet3 - 26-09-2017

  13. ​Tələbələrin qovulması xəbərinə universitetdən REAKSİYA

    Heç bir aksiya olmayıb, heç kimə töhmət, şiddətli töhmət verilməyib, heç kim də universitetdən qovulmayıb.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli universitet tələbələrinin aksiya keçirməsindən sonra universitetdən qovulub, töhmət almamaları ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.
    O bildirib ki, rektorun tələbələrlə görüşünün məqsədi problemlərini dinləmək idi:

    Muxalifet3 - 26-09-2017

  14. ​London metrosunda partlayış oldu

    London metrosunun "TowerHill" stansiyasında partlayış baş verib.
    AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, içində partlayıcı qurğu olan çatna vaqonda partlayıb.
    Partlayış nəticəsində yaranan sıxlıq nəticəsində 5 nəfər xəsarət alıb. Stansiya müvəqqəti olaraq bağlanıb.

    Muxalifet2 - 26-09-2017

  15. ​MTRŞ ATV-dəki dəyişikliklərə MÜNASİBƏT BİLDİRDİ

    "Telekanalda baş vermiş kadr dəyişikliyi rəhbərliyin səlahiyyətində olan məsələdir. Milli Televiziya və radio Şurası telekanalların yaradıcı işinə qarışmır".
    Muxalifet.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov ATV telekanalında baş verən kadr dəyişikliyinə münasibət bildirərkən deyib.

    Muxalifet3 - 26-09-2017

  16. Moskvada 16 idarədə BOMBA AXTARILIR

    Moskvada 16 idarədə bomba qoyulması ilə bağlı anonim zənglərdən sonra yoxlamalar keçirilir. 
    KİV-lər daha öncə 7 idarəyə bu cür zəng olması barədə xəbər yayıblar. Polis anonim zənglərdən dərhal bu binalarda təxliyə apardıqdan sonra axtarışlara başlayıb.
    Qeyd edək ki, ötən gün də anonim zənglər Moskvada və Qroznıda 26 binanın boşaldılmasına səbəb olmuşdu.
    Rusiyada anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bu günədək müxtəlif şəhərlərdə 500 mindən çox adam təxliyə olunub.

    Muxalifet2 - 26-09-2017

  17. “Provayderlər sakitcə “çəkidə aldadırlar”” – Osman Gündüz

    Amma görəsən nə üçün vəziyyət yaxşılaşmır, nə üçün keyfiyyət təmin olunmur?
     
    Bu sözləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti internetnet surətinin zəif olmasına münasibət bildirərəkən deyib. Osman Gündüz bu barədə öz “Facebook” səhifəsində yazıb.
    Osman Gündüz: “İnternetin keyfiyyəti ilə bağlı problem artıq adiləşib. Belə görünür NRYTN mövcud vəziyyətlə barışıb.

    Muxalifet - 26-09-2017

  18. Deputat Çingiz Qənizadə Qalib Salahzadəni məhkəməyə verib

    Milli Məclisin deputatı Çingiz Qənizadə keçmiş həmkarı Qalib Salahzadəni məhkəməyə verib.
     
    Bu barədə “Report”a Ç.Qənizadənin vəkili Raqif Mustafayev bildirib.
    Onun sözlərinə görə, müvəkkili xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət edib. R.Mustafayev qeyd edib ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.

    Muxalifet - 26-09-2017

  19. Abdullatipovun istefa xəbəri yayıldı

    Dağıstan lideri Ramazan Abdullatipovun istefası xəbəri həqiqəti əks etdirmir. 
    Muxalifət.az xəbər verir ki, bu sözləri RİA-ya açıqlamasında Abdullatipovun mətbuat katibi Aznaur Adjiyev söyləyib. Onun sözlərinə görə, artıq bu tipli şayiələr 4 ildir ki, yayılır: 

    Muxalifet2 - 26-09-2017

  20. Rusiya ordusu mövqelərini "İslam Dövləti"ndən geri alınan bölgədə qurub

    Suriyanın şərqində, Der Əl-Zur vilayətindəki Birləşmiş Ştatların dəstəklədiyi qüvvələrin bildirdiyinə görə, Rusiya ordusu mövqelərini bu yaxınlarda İslam Dövlətinin nəzarətindən geri alınan bölgədə qurub.
    Suriya Demokratik Qüvvələri Rusiya hərbi qüvvələrinin bazar ertəsi "İslam Dövləti"nin əlindən geri alınan Conoko neft yatağına hücum edərək, onların əsgərindən birini öldürdüklərini, ikisini yaraladıqlarını bildirib.
    Rusiya bu məlumatı təkzib edib.

    Muxalifet2 - 26-09-2017

Pages