Tramp dediyini elədi: Divarı hörməyə başladılar - FOTO
27-09-2017 10:50

ABŞ-Meksika sərhəddi boyu divarın inşasına start verilib.
Prezident Donald Trampın hələ seçki kampaniyası dövründə vəd etdiyi sərhəd divarının ilk mərhələdə 8 ayrı prototipi inşa ediləcək.
Gömrük və Sərhədi Mühafizə Birliyindən verilən açıqlamada divarların 4-nün beton, 4-nün isə digər materiallardan olacağı bildirilib.
D.Tramp divarın inşası üçün ABŞ konqresindən 1,5 milyard dollarlıq büdcə ayrılmasını da tələb edib. Lakin bu büdcənin təsdiqlənməsi haqqında hələ ki, addım atılmayıb.
D.Tramp Meksika tərəfindən atılan narkotik torbalarının ABŞ sərhədçilərinin “başına düşməməsi” üçün sərhəd divarının şəffaf olmasını istəyib. /Publika.az/