Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. ​ Gədəbəydə ata-anasını öldürüb qaçan Məsimov tutuldu

    Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub.
    Rayon Polis Şöbəsindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Şöhrət Məsimov rayonun Dəyirmandağ kəndi ərazisində, Qarabağlılar adlanan sahədə köhnə tikilidə gizləndiyi məlum olub və o həmin yerdə tutulub.
    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

    Muxalifet3 - 26-09-2017

  2. Aparıcı Turan ATV-ni kritik duruma saldı - MTRŞ sədri gəldi

    Xəbər verdiyimiz kimi, ATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun verilişi yenidən dayandırılıb.
     

    Muxalifet - 26-09-2017

  3. ​Кудрин: Новые санкции США опаснее предыдущих

    Бывший министр финансов России Алексей Кудрин считает, что новые санкции США являются более опасными, чем все предыдущие. Подобное мнение экс-министр высказал в ходе лекций клуба «418», передает телеканал «Дождь».

    Muxalifet3 - 26-09-2017

  4. Kürd referendumunu dəstəkləyən Laçın İH məmurundan “MEYDAN OXUMA”

    Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması və haqqında araşdırma başlaması ilə bağlı xəbərlərə münasibət bildirib.
     
    F. Tanrıverdiyev “Qafqazinfo”ya açıqlamasında fotoları paylaşması, referendumu dəstəkləməsinin səbəbi haqqında heç nə deməyib: “Mən lazım olsa, bu barədə danışa bilərəm. Amma hələ ki, bu barədə heç nə deyə bilmərəm. Əgər rəsmi qaydada açıqlama tələb olunsa,  danışacağam”.

    Muxalifet - 26-09-2017

  5. ​Müəllimlər aclıq aksiyasına başladı – “MƏKTƏB YARARSIZDIR...”

    Ermənistanda Varges Petasyan adına orta məktəbin müəllimləri aclıq aksiyasına başlayıblar.
    Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, müəllimlər məktəbin istifadəyə yararsız olduğunu bəyan ediblər.
    "2017-ci il sentyabrın 25-də Varges Petasyan adına məktəbin valideyn şurasının sədrlərinin iclasında qərara alınıb ki, bu il sentyabrın 26-dan aclıq aksıyasına başlanılsın. Bizim tələblərimiz bunlardan ibarətdir: məktəbin bərpası və ibtidai məktəbi dərhal qonşuluqda yerləşən məktəb binalarından birinə köçürmək".

    Muxalifet3 - 26-09-2017

  6. ​Gecə klubunda qətl törədən mühafizəçiyə ağır cəza istənildi

    Gecə klubundakı qətlə görə həbs edilən şəxsin məhkəməsi davam edib.
    Muxalifət.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vuraraq ölümə səbəb olmaqda təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
    Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə klubdakı davanın görüntülərinə baxılıb. Klubun nəzarət kameralarından çıxarılan videogörüntləri məhkəmə zalında olan mərhumun anası da izləyib.

    Muxalifet2 - 26-09-2017

  7. Çin hakimiyyəti VATSAPI BLOKLADI

    Çin hakimiyyəti ölkə ərazisində Vatsap messencerini bloklayıb.
    Bu barədə New York Times məlumat yayıb.
    Vatsap Facebook-un son məhsulu idi ki, son ana qədər ölkə vətəndaşlarına əlçatan idi. Daha əvvəl ölkə hakimiyyəti ən məşhur sosial şəbəkəni və Instagram-ı da bloklamışdı.
    Messencerin işində pozğunluqlar hələ iyulda müşahidə olunurdu. Faylları və şəkilləri yükləmək olmur, həmçinin səsli mesajlar göndərmək mümkün deyildi. Sonradan videoçatın da işləməsi dayandı və indi isə adi mətn mesajları da işlək olmayan funksiyalar sırasına qoşuldu.

    Muxalifet2 - 26-09-2017

  8. Referendun öncəsi Kərkükdə gizli görüşün ŞOK detalları..

    Kürd Regional Hökuməti, İsrail, Fransa və ABŞ nümayəndələrinin referendumdan öncə Kərkükdə baş tutan gizli görüşün bəzi detalları üzə çıxıb.
     

    Muxalifet - 26-09-2017

  9. Ərdoğandan Bərzaniyə xəbərdarlıq: “Yeməyə bir şey tapa bilməyəcəksiz”

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalındakı yerli hökumətin təşəbbüsü ilə keçirilən “referendum”a münasibət bildirib. Türkiyə mətbuatı xəbər verir ki, Ərdoğan “referendum” keçirənlərə xəbərdarlıq edib:

    Muxalifet2 - 26-09-2017

  10. Bal yarmarkası keçiriləcək - ​BAKIDA

    Bakıda 25 gün arıçılıq məhsullarının sərgi satış yarmarkası keçiriləcək.
    Kənd Təsərrüfatı Nazirliyindən verilən əlumata görə, oktyabrın 10-dan noyabrın 5-dək Xətai rayonu, Nobel prospekti 23 ünvanında (AMAY Holdinq MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası təşkil ediləcək.

    Muxalifet2 - 26-09-2017

  11. ​ Vüqar Qaradağlı ATV-dən qovuldu

    ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb.
     
    Muxalifet.az bizimyol.info-ya istinadən xəbər verir ki, işdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında dövlətin əleyhinə ifadələr işlətməsi olub.
    Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.
    Qeyd edək ki, “CBC” telekanalı əvvəllər ATV nin tərkibində fəaliyyət göstərib.

    Muxalifet - 26-09-2017

  12. İtaliyada mafiyaya qarşı əməliyyat - Saxlanılan 24 nəfərin arasında mer də var

    İtaliyanın Lombardiya vilayətində mafiya üzvlərinə qarşı əməliyyat keçirilib. 
    Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, Milan, Montsa, Komo və digər şəhərlərdə keçirilən əməliyyatlar nəticəsində 24 nəfər saxlanılıb. 
    Saxlananlar arasında Milan yaxınlığında yerləşən Serenyo qəsəbəsinin merinin də olduğu bildirilir. Mer İtaliyada fəaliyyət göstərən “Ndrangeta” mafiyası ilə əlaqələrdə şübəhli bilinib.
     

    Muxalifet2 - 26-09-2017

  13. Ərdoğandan İsrailə sərt TƏPKİ

     Türkiyə prezidenti Ərdoğan IKBY-nin keçirdiyi referenduma yeganə dəstək verən İsrailə təpki göstərdi.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan  Şimali İraqda keçirilən qeyri-qanuni referenduma yeganə dəstək verən ölkə olan İsrailə təpki göstərdi və “bundan sonra İsraillə atılacaq bir çox addımı atmayacağıq” - dedi. Ərdoğan Bərzaniyə də “Dünya İsraildən ibarət deyil” – deyə, səsləndi;

    Muxalifet - 26-09-2017

  14. Papaya "pozğun" ittihamı

    Vatikanda islahatların əleyhinə olan 62 müxalif şəxs Katolik dünyasının ruhani lideri və Vatikanın rəhbəri olan Papa Fransisi pozğun düşüncələri yaymaqda ittiham edib.
     

    Muxalifet - 26-09-2017

  15. "Kürdlərlə danışıqlara başlaya bilərik" - SURİYA

    Suriyalı kürdlər ölkənin sərhədləri daxilində öz idarəetmə formalarını yaratmaq istəyirlər. 
    Bunu Suriya Xarici İşlər naziri Vəlid Müəllim deyib. 
    “Bu məsələni onlarla müzakirə edə bilərik. Ümid edirəm ki, İŞİD tamamilə təmizləndikdən sonra onlarla danışıqlara başlayıb, hansısa razılığa gələcəyik. İrad Kürd Muxtariyyətində keçirilən referendumu isə rədd edirik”, - nazir bildirib.

    Muxalifet2 - 26-09-2017

  16. ​“İPhone X” satışa buraxılmayacaq

    ​Məşhur texnologiya şirkəti “Apple”in ən son məhsulu olan “İPhone X” telefonu təyin edilən vaxtda satışa buraxılmayacaq.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb məhsulun istehsalında yaranan və bitib-tükənmək bilməyən problemlərdir.
    27 sentyabrda ilk sifarişə açıq elan ediləcək məhsulun 3 oktyabrda rəflərə buraxılacağı bildirilmişdi. Lakin məhsul bu tarixdə də satışa çıxarılmaya bilər.

    Muxalifet2 - 26-09-2017

  17. Krasnodarda tutulan ər-arvad adamyeyənlər azərbaycanlı kursantı da yeyib?

    Rusiyanın Krasnodar vilayətində 20 ilə yaxındır insanları öldürüb yedikləri üzə çıxan ər-arvad adamyeyənlər Dmitri və Natalya Bakşeyevlərin qurbanları arasında azərbaycanlı tələbə də ola bilər. Belə ki, Rusiya hüquq-mühafizə orqanları son 20 ilə yaxın müddətdə Krasnodar ərazisində itkin düşmüş şəxslərin siyahısını nəzərdən keçirib və onların sayının təxminən 30 olduğunu müəyyən edib. Bu da manyak-hannibalların qurbanlarının sayı ilə eynidir. Nəticədə hüquq-mühafizə orqanları itkin düşmüş şəxslərin yaxınları ilə əlaqə yaratmağa, onların DNK-nümunələrini götürməyə çalışır.

    Muxalifet3 - 26-09-2017

  18. "Bu, Rusiya üçün ciddi təhlükədir" - KUDRİN

    Konqresin qəbul etdiyi və Prezident Donald Trampın imzaladığı yeni ABŞ sanksiyaları əvvəlkindən daha təhlükəlidir.
    Bunu jurnalistlərə açıqlamasında Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin söyləyib. Onun sözlərinə görə, bir çox dünya şirkətləri bu sanksiyalar ucbatından Rusiya ilə əməkdaşlığı məhdudlaşdıracaq:

    Muxalifet2 - 26-09-2017

  19. “Qarabağ”ın rəqibi Bakıda - FOTO/VİDEO

    UEFA Çempionlar liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşmalı olan İtaliyanın “Roma” klubu Bakıya gəlib.
    Muxalifet.az xəbər verir ki, klub futbolçularının olduğu təyyarə bu gün günorta saatlarında Heydər Əliyev aeroportuna eniş edib.
    Qeyd edək ki, qarşılaşma sabah saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

    Muxalifet2 - 26-09-2017

  20. MORALES: “Tramp dünya üçün təhdiddir”

    ABŞ Prezidenti Donald Tramp bütün dünya üçün təhdiddir.
    Muxalifət.az Axar.az istinadən xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Boliviya Prezidenti Evo Morales paylaşıb. 
    “Özünün yeni qeyri-qanuni sanksiyaları ilə ABŞ Venesuela ilə dialoqa mane olmağa çalışır. Tramp Yer və bütün insanlıq üçün ən pis təhdiddir” – deyə o bildirib.

    Muxalifet2 - 26-09-2017

Pages